az | en | ru

Ana səhifə

 

 

Elektron kitabxana

Tədris Mərkəzi

Kitabxanamızın nəşrləri

Mədəniyyət, incəsənət turizm haqqında yeni ədəb.

İlin yekunları

Yeni kitablar

Qəzet və jurnallar

Virtual sifariş

Metodik xidmət

Bizdən soruşun

Əlaqə

ELEKTRON MƏLUMAT BAZALARI

MİLLİ KİTABXANA





TƏŞƏKKÜR MƏKTUBLARI


OXUCULARIN NƏZƏRİNƏ!

Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir.

Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

* * *

Milli Kitabxananın 2-ci mər-təbəsində (oxu zalının nəzdində) "Elektron İnformasiya xidməti və KAA (kitabxanalararası abonement) " şöbəsi açılmışdır. Bu şöbədə virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını (sifariş pulludur) da sifariş verə bilərsiniz.

* * *

Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.

Bu bazanı www.qanun.info (Azərbaycan dilində) və www.consulting.minimax.az (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

RAYON, ŞƏHƏR MƏRKƏZLƏŞDIRILMIŞ KITABXANA SISTEMI DIREKTORLARININ NƏZƏRINƏ!

M.F.Axundov adına Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.

Sifarişlər üçün orders@anl.az elektron ünvanına müraciət edə bilərsiniz. Xidmət ödənişsizdir.

Oxucularınıza bu barədə məlumat verməyi Sizdən xahiş edirik.


Azərbaycan Respublikasının kitabxana mütəxəssisləri haqqında məlumat bazası


"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Yenilənmə tarixi:30.01.2015


OXUCULARIN NƏZƏRİNƏ!

Milli Kitabxananın fondlarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 1975-2014-cü illərdə rus dilində nəşr olunan avtoreferatlara sifariş müvəqqəti olaraq dayandırılıb.

Müvəqqəti narahatçılığa görə üzr istəyirik

Müdiriyyət

30 yanvar 2015-ci il tarixində Milli Kitabxanada Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti, görkəmli bəstəkar və müğənni, professor Polad Bülbüloğlunun anadan olmasının 70 illiyi münasibətilə Polad Bülbüloğlu-70 adlı kitab sərgisi açılmışdır. Sərgidə bəstəkarın not-musiqi əsərləri, məqalələri, elmi-tədqiqat əsərləri, haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənir. 

Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq cəmiyyətin sənəd-infomasiya tələbatını, o cümlədən ədəbiyyata olan tələbatının daha dolğun və müfəssəl şəkildə  ödənilməsi və bu sahədə informasiya və kommunikasiya texnologiyalarındən istifadə edilməsi istiqamətində mühüm layihələr həyata keçirir.  

Yanvar ayının 28-də Milli Kitabxananın növbəti qonağı Şuşa rayon məktəbləri sırasında 4 saylı  tam orta məktəb olmuşdur. Kitabxana ilə tanış olan şagirdlərin diqqətini  sərgi zalında təşkil olunmuş Yaddan çıxmaz Qarabağ guşəsi xüsusilə cəlb etmişdir.  

Yanvar ayının 27-də  Şuşa rayon 6 saylı  və 8 saylı tam orta məktəblərinin şagirdləri Azərbaycan Milli Kitabxanasında olmuş, kitabxananın işi, şöbələri  ilə tanış olmuşlar. Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova  şagirdlərin suallarını  cavablandırmışdır. Orta məktəb şagirdləri kitabxanada sərgilərə və kitabxananın muzeyinə daha çox  maraq göstərmişlər.  

Yanvar ayının 25-də Rusiya Federasiyasının Mətbuat və kütləvi əlaqələr üzrə federal agentliyin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Vadimoviç Seslavinskiy, Moskva şəhər Jurnalistlər İttifaqının sədri, Moskovskiy komsomoles qəzetinin baş redaktoru Pavel Nikolayeviç Qusev və Kommersant Nəşriyyat evinin Strateji məsələlər üzrə direktoru Viktor Qriqoryeviç Loşak  Azərbaycan Milli Kitabxanasında olmuşlar. 

21 yanvar 2015-ci il tarixində Xankəndi orta məktəbinin şagirdləri Azərbaycan Milli Kitabxanasında olmuş, kitabxananın işi ilə yaxından tanış olmuşlar. Şagirdlər xüsusilə elektron kataloqa, elektron kitabxanaya  və kitabxanada təşkil olunan sərgilərə böyük maraq göstərmişlər.

Yanvar ayının 16-da Milli Kitabxanada Qanlı Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi və təbdir iştirakçılarını qanlı hadisələrə həsr olunmuş filmə tamaşa etməyə dəvət etdi.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və elmi katib Əminə Cəfərova yanvar ayının 15-də  Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzində olmuşlar.

2015-ci il yanvar ayının 8-də  M.F.Axundzadə adına Azərbaycan  Milli Kitabxanasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr.Əhməd Sami Elaydy ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüş keçirilmişdir.  

Dekabrın 30-da Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni  il bayramı münasibəti ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günüdür adlı kitab sərgisi açılmışdır.

Dekabr ayının 26-da Milli Kitabxanada  Mədəniyyət və Turizm Nazirliyi ilə birgə  tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin İraq-Türkman nağılları, Elçin haqqında düşüncələrim kitablarının və görkəmli alimə həsr olunmuş Mənalı ömrün dastanı kitabının təqdimat mərasimi keçirilmişdir.

Dekabr ayının 25-də Milli Kitabxanada  Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Dmitro Buraqo Nəşriyyat evi tərəfindən Ukrayna dilində çapdan çıxmış Y.Mahmudovun  Heydər Əliyev ideyalarının zəfər yürüşü, V.Andriyanov və H.Mirələmovun  İlham Əliyev: Azərbaycan Prezidentinin portreti,  Ramiz Mehdiyevin  Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix, A.Denisinko, V.Turkeviç, L.Şpakovskinin  İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasında, M.Qasımlı, O.Kupçik, Ə.Dəmirov Ukrayna - Azərbaycan siyasi münasibətləri və müasirlik (rus dilində), İ.Həbibbəyli XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin Yolumuz hayanadır?  kitablarının təqdimat mərasimi keçirilmişdir.

Dekabr ayının 24-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibəti ilə Heydər Əliyev yolunun davamçısı İlham Əliyev başlığı altında geniş kitab sərgisi açılmışdır.

Dekabr ayının 24-də Azərbaycan Milli Kitabxanasında filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin anadan olmasının 60 illiyi münasibəti ilə Nizaməddin Şəmsizadə-60 başlığı altında kitab sərgisi açılmışdır.

15-22 dekabr 2014-cü il tarixində Milli Kitabxananın əməkdaşları İlham Zəkəryəyev, Samirə Şabanova və İlahə Quliyeva yeni tətbiq olunmuş Chamo elektron axtarış sistemində problemlərin həlli və VTLS/Virtua proqramının yenilənməsi ilə əlaqədar Slovakiyanın Bratislava şəhərində Komenski Universitetinin kitabxanasında təcrübədə olmuşlar. Bu müddət ərzində onlar Chamo proqramında qarşıya çıxan problemlərin həlli yollarını öyrənmiş, ümumi olaraq Chamo elektron axtarış sistemində hər hansı bir düzəlişlərin edilməsi, tənzimləmələrin həyata keçirilməsi ilə bağlı proseslərlə tanış olmuşlar.

Dekabr  ayının 20-də  Azərbaycan Milli Kitabxanasında  şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın anadan olmasının 75 illiyi münasibəti ilə Məmməd Aslan-75 başlığı altında kitab sərgisi açılmışdır.

Dekabr ayının 20-də Azərbaycan Milli Kitabxanasında şair, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdinin 80 illiyi münasibəti ilə Famil Mehdi-80 başlığı altında kitab sərgisi açılmışdır.

Dekabrın 17-də Milli Kitabxanada tədqiqatçı alim, professor, "Şərəf" ordenli Şirməmməd  Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə  Şirməmməd Hüseynov-90 başlığı altında kitab sərgisi açılmışdır.

Dekabrın 17-də Milli Kitabxanada tədqiqatçı, publisist, dramaturq, tanınmış şair və ictimai xadim Teyyub Qurbanın anadan olmasının 80 illiyi münasibətilə Teyyub Qurban-80 adlı kitab sərgisi açılmışdır. Sərgidə müəllifin kitabları, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Dekabrın 16-da Milli Kitabxanada Azərbaycan poeziyasının tanınmış simalarından olan şair Tofiq Bayramın anadan olmasının 80 illiyi münasibətilə Tofiq Bayram-80 adlı kitab sərgisi açılmışdır. Sərgidə şairin kitabları, mətbuat səhifələrində dərc olunmuş materiallar sərgilənmişdir.

Milli Kitabxanaın direktoru Kərim Tahirov dekabr ayının 11-də V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin Ukrayna dilində çapdan çıxmış (Yolumuz hayanadır?) kitabının təqdimat mərasimində iştirak etmişdir.

Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva 2014-cü il dekabr ayının 9-10 tarixində Sankt-Peterburq şəhərində III Beynəlxalq Sankt-Peterburq mədəniyyət forumu çərçivəsində Rusiya Milli Kitabxanasında keçirilən Milli Kitabxana və onun oxucusu: transformasiya problemləri adlı elmi-təcrübi konfransda iştirak etmişdir.

Dekabrın 10-da Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Heydər Əliyev - əbədiyyət zirvəsidir başlığı altında kitab sərgisi açılmışdır. Sərgi ümummilli liderin əsərləri, həyat və yaradıcılığı, Azərbaycan xalqının həyatında əvəzsiz rolu haqqında kitablardan ibarətdir.

Dekabrın 10-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyatının görkəmli simalarından biri olan Xalq şairi, tərcüməçi, dramaturq, Azərbaycan Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Babayev Nəbi Ələkbər oğlu) anadan olmasının 90 illiyi münasibəti ilə Nəbi Xəzri-90 başlığı altında kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan və rus dillərində müəllif kitabları,tərcümələri, qəzet və jurnal materialları nümayiş olunur.

Dekabr ayının 9-da Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə qırğız şairi, ozan və bəstəkarı Toktakul Satılqanovun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və Toktakulun TÜRKSOY tərəfindən türk dilinə tərcümə olunmuş Toktokul Satılqanov Seçilmiş əsərləri və Türkiyə Əskişehir valiliyi tərəfindən Toktakulun 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız,türkmən) nəşr edilmiş Şeirə, nəğməyə çevrilən ömür kitablarının təqdimat mərasimi keçirildi.

Bu ilin noyabr ayının 14-dən dekabr ayının 1-ə kimi Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin və Akademik Milli Kitabxananın təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti gününə və Akademik Milli Kitabxananın 10 illiyinə həsr olunmuş Prezident və millətin mənəvi dirçəlişi adlı beynəlxalq forum keçirilmişdir.

Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY ilə birgə dekabr ayının 9-da saat 1100-da qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, TÜRKSOY tərəfindən nəşr edilmiş Toktoqul Satılqanov. Seçilmiş əsərləri Türkiyə Cümhuriyyətinin Əskişəhir Valiliyi tərəfindən beş dildə çap olunmuş Toktoqul. Şeirə, nəğməyə çevrilən ömür adlı kitabların təqdimat mərasimini keçirəcəkdir.

Dekabr ayının 1-də İtaliya Sandro Teti Editore nəşriyyat evinin direktoru cənab Sandro Teti Azərbaycan Milli Kitabxanasında olmudur. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanasını hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasına dəvət etmək idi.

Azərbaycan Respublikasının respublika Dövlət mükafatı laureatı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə noyabr ayının 25-də Ankarada Türkiyə Milli Kitabxanasında tədbir keçirilmişdir..

Noyabrın 21-də Heydər Əliyev adına Sarayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı , XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Noyabrın 12-də Milli Kitabxananın Sərgi zalında 17 noyabr- Milli Dirçəliş günüdür adlı kitab sərgisi açılmışdır.

Sərgi özündə mövzuyla bağlı kitabları əks etdirir.

II Beynəlxalq Aşıq Festivalı çərçivəsində noyabr ayının 11-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş Aşıq Pəri kitabının təqdimatı keçirilmişdir. Təqdimatı Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev açaraq tədbir iştirakçılarını salamlamış və aşıq yaradıcılığından ətraflı şəkildə danışmışdır.

Noyabr ayının 6-da Milli Kitabxananın Sərgi zalında Konstitusiya günü ilə əlaqədar 12 noyabr- Konstitusiya günüdür başlığı altında geniş tərtibatda kitab sərgisi aşılmışdır.

Sərgi mövzuyla bağlı bir çox adda kitabları özündə əks etdirir.

Arxiv

Prezident İLHAM ƏLİYEV və mədəniyyət. 2 cilddə

Icild II cild



ZƏRİFƏ ƏLİYEVA Elektron məlumat bazası


Heydər Əliyev Müstəqilliyimiz əbədidir I kitab II kitab III kitab








Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə şöbəsinin fondunda olan dissertasiyaların elektron versiyalarından istifadə, həmçinin Rusiya Dövlət Milli Kitabxanasının Elektron Dissertasiyalarının virtual oxu zalına birbaşa giriş yalnız kitabxanamızın Dissertasiya zalında mümkündür"Dissertasiyaların Elektron Kitabxanası"saytından Milli Kitabxananın "Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə Şöbəsi"ndə yerləşdirilmiş virtual zalda istifadə etmək olar.

Dissertasiyaların Elektron Kitabxanası

Bunları unutmaq olmaz!

AZƏRBAYCANIN HÜQUQİ MƏLUMAT BAZASI

Rusiya Federasiyası-nın Qanunvericilik Bazası

Kitabxananın Sorğu informasiya xidməti şöbəsində yaradılan hüquqi informasiya guşəsində oxucuların istifadəsinə hüquqa dair ədəbiyyat və Rusiya Federasiyası-nın Qanunvericilik Bazası təqdim olunur.

 

National Library of Azerbaijan All Rights Reserved