|

Tarix
dəfələrlə
sübut edib ki,
müstəqilliyi qoruyub saxlamaq
onu qazanmaqdan
qat-qat çətindir. Gərək
sınaqlara
hazır
olasan, hər bir əziyyətə
və çətinliyə
dözməyi
bacarasan.
Tale elə gətirdi ki, Azərbaycan bir
əsrdə iki dəfə
müstəqillik
əldə etmək, özünün suveren
dövlətini
yaratmaq
imkanı qazandı.
Təəssüf
ki, birinci imkan
xarici müdaxilə, daxili
çəkişmələr və beynəlxalq təminatın
olmaması səbəblərindən
itirildi.
1918-ci ildə
qurulmuş
Azərbaycan
Xalq Cümhuriyyəti
cəmi
23 ay yaşadı.
İkinci tarixi
imkan
bir də 70 il
sonra
yarandı. Sovet
imperiyasının
dağılması
Azərbaycan xalqına
öz milli
müstəqilliyini bərpa
etmək
imkanı
verdi.
1991-ci il
oktyabrın
18-də Azərbaycan Respublikası
Ali Sovetinin
sessiyasında
“Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı”
qəbul
olundu. Bu
mühüm tarixi sənədlə
xalqımız
uzun illərdən bəri həsrətində
olduğu azadlığına qovuşdu.
1991-ci
il...
Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını
duyan xalq öz
əzəli
və
əbədi
arzusuna qovuşmaq, həmin
tarixi anı tezləşdirmək
üçün
hər şeyə hazır idi. Bu xalq
meydan hərəkatında bərkimiş,
Yanvar qırğınını
görmüşdü.
İmperiyanın tankları
da
artıq azadlığa gedən yolun
qarşısını
kəsməyə
qadir
deyildi.
Özünün
istiqlal
mübarizəsində neçə-neçə
şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım,
inadla müstəqilliyə
doğru
gedirdi.
1991-ci
ilin
bir payız
günü
uzun-uzadı
qızğın müzakirələrdən sonra
“Azərbaycanın dövlət
müstəqilliyi
haqqında
Konstitusiya Aktı”
qəbul
olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı
qoyuldu.
Bir
tərəfdən
imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın
artmaqda
olan təzyiqi respublikanın
hakim dairələrini
manevr etmək
məcburiyyətində
qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin
qəbul edilməsi xalqı
sakitləşdirəcək, hakimiyyətin
ömrünü uzatmağa imkan
verəcəkdir. Ona görə dətəsadüfü
deyildi ki, Konstitusiya Aktı” ilkin mərhələdə yalnız
quru kağız
olaraq qalır,
Azərbaycan
yenə də
Moskvadan idarə edilir, rejim Kremlin
dedıyı
ilə oturub
dururdu.
Lakin
indi bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq
səsverməsi
keçirildi.
Referendum
bulleteninə bir söz
yazılmışdı:
“Siz Azərbaycanın dövlət müstəqilliyi
haqqında
Azərbaycan
Ali Sovetinin qəbul etdiyi
Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə
hüququ onların 95%-indən çoxu
referendumda
iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın
dövlət
müstəqilliyinə
tərəfdar
çıxdı.
Müstəqilliyi
elan
etmiş
Azərbaycan Respublikası çox mürəkkəb tarixi
şəraitdə
fəaliyyət göstərməyə başlamışdı.
Onun
müstəqilliyini
dünya
dövlətləri
tanıdı. Azərbaycan Respublikasını
ilk olaraq 1991-ci
il noyabrın 9-da Türkiyə Cümhuriyyəti,
sonra Rumıniya (11 dekabr
1991), Pakistan (13 dekabr
1991),
İsveçrə
(23 dekabr
1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar
1992),
Rusiya (10
aprel 1992)
və
b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv
qəbul olunması
ilə
(2 mart
1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına
başlandı.
Lakin
müstəqilliyini qazandıqdan iki il
sonra
xalqımız
yenidən
onu itirmək
təhlükəsi
ilə
üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin
təcavüzü nəticəsində
geniş miqyas
almış
Birinci Qarabağ müharibəsi, digər
tərəfdən dövlət
rəhbərliyində
olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə
gedən siyasi
çəkişmələr,
separatçılar
hərəkatı müstəqilliyin
beşiyindəcə
boğulması
təhlükəsini reallaşdırırdı.
Lakin böyük siyasi təcrübəyə
malik
olan
Heydər Əliyevin ölkədə hakimiyyətə
qayıdışı
ilə
bu təhlükə
sovuşdu.
İndi
müstəqilliyimizin
siyasi və
iqtisadi
sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan
heç bir
narahatçılığı
yoxdur. Müstəqilliyin taleyini
müəyyənləşdirən
əsas amillər
qorunub
saxlanır,
inkişaf
etdirilir. Dövlətçiliyin
möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına,
milli-mənəvi
dəyərlərin
qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
Azərbaycan bu gün həm
siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən
birinə
çevrilib. İqtisadi
artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider
mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın
iştirakı və razılığı
olmadan
həyata keçirilmir. “Əsrin
müqaviləsi”
çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan”
Əsas
İxrac
Boru
Kəməri
artıq
neftimizi
dünya bazarına çıxarır.
Bu kəmər
həm
Cənubi
Qafqazda təhlükəsizliyin
təmin olunmasında,
həm də xalqımızın
daha firavan yaşamasında
mühüm rol
oynayır.
|