close

Aksiyalar

QONAQLARIMIZIN RƏYLƏRİ -
Açıq Kitabxanaya gələn oxucuların sayı artıq 10 min nəfəri keçmişdir. Rəy və təkliflər kitabında təkcə şəhərimizin sa- kinlərinin deyil, Bakıya gələn çoxlu sayda xarici qonaqların və turistlərin də müsbət rəyləri öz əksini tapmışdır.

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Pena, Çexiya Milli Kitabxanasının direktoru cənab Petr Kroupa, Qazaxıstan Respublikasının Parlamentinin deputatı, professor Nurlan Dülambekov, Türkmənistanın Azərbaycan Res- publikasındakı səfirliyinin birinci katibi – konsul Batur Rəcəbov, Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku və bir sıra digər ölkələrdən Milli Kitabxanaya gələn qo- naqlar Açıq Kitabxana ilə tanış olmuş, böyük məmnunluqla belə gözəl bir təşəbbüsün əhali arasında mütaliə vərdişlərinin daha da inkişafında əhəmiyyətini qeyd etmiş və belə kitabxananın öz ölkələrində də yaradılmasının zəruriliyini bildirmişlər.

FOTOQALEREYA