General-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin II c sinif şagirdləri sərbəst mütaliə məkanında

General-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin II c sinif şagirdləri Milli Kitabxananın nəzdində fəaliyyət göstərən həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana”da sərbəst mütaliə ilə məşğul olmuşlar.

Şagirdlərə Açıq Kitabxananın iş prinsipi haqqında, “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi, “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.