|
|
| |
|
|
|
Qadın yurdun özülüdür,
qadının xoşbəxtliyi
vətənin xoşbəxtliyidir, qadının tərəqqisi ölkənin
tərəqqisidir...
MƏHƏMMƏD PEYĞƏMBƏR.
Qadınlar dünyanın şöhrət
tacıdır,
Qadınlar dünyanın vüqar
zirvəsi.
Həyatın ən böyük ehtiyacıdır
Qadın məhəbbəti, qadın
nəfəsi.
Qadınlar dünyanın ən cəfakeşi
Qadınlar dünyanın ən
bəxtəvəri
Hər evin qadındır tale günəşi
Hər ömrün qadındır şirin
bəhəri
Mən sizə həyatda nə diləyirəm
Məhəbbət, gözəllik, yüksəliş,
həvəs!
Sizsiniz hər evin
müqəddəsliyi.
Həyatın cövhəri, dadı
sizsiniz!
Bütün ictimai-siyasi
formasiyalarda qadının rolu böyük olmuşdur. Qadın bəşər
mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında öz nəcib əməyi, zövqü
və səliqəsi ilə misilciz xidmətlər göstərmişdir. Cəmiyyətin yarısını
təşkil edən qadına həmişə böyük ehtiram, hörmət bəsləmiş, onu müqəddəs
saymişlar. Bu müqəddəslik ana vətən, ana torpaq timsalında
əbədiləşdirilmişdir.
Dünyaya böyük dahilər,
qəhrəmanlar bəxş edən qadın haqqında danışmadan, onun tarixdəki
xidmətlərini göstərmədən mümkün deyil.
Qadınlar haqqında xoş sözlər
çox deyilmişdir. Dünya müdrikləri həmişə qadınların ləyaqətini, şərəfini
yüksək tutmuş, bəşəriyyətin tərəqqisində böyük xidmətləri üçün onlara
minnətdar olduqlarını bildirmişlər.
Azərbaycan qadını ağ saçlı
analarımızın müqəddəs yolu ilə gedərək neçə-neçə nəsillər böyütmüş,
dünyaya dahilər bəxş etmiş, xalqımızın çoxcəhətli mədəniyyətinin
tərəqqisində böyük rol oynamışdır. Onların qadir əlləri, büllur kimi
təmiz zehni, əqli və qanad açan arzuları ilə yaradılan hər bir yenilik
xalqlar arasında sülh, doctluq duyğularını təlqin edir.
Xalqımızın təşəkkül
tapmasında, onun dövlət qurluşunun formalaşmasında, idarə edilməsində
neçə-neçə igid, ağıllı qadının adı tariximizin qızıl səhifələrinə
düşmüşdür. Əsrlərin yaddaşında iz qoymuş igid xanımlarımızın bir neçəsi
ilə sizi tanış edirik.
|
|
|
|
Əliyeva Mehriban Arif qızı
Azərbaycanın birinci xanı mı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Əliyeva Mehriban Arif qızı
Bakı şəhərində anadan olmuşdur.
1982-ci ildə Bakı
şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olmuşdur.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva
Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1992 illər ərzində Moskvada akademik
Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat
İnstitutunda işləmişdir.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə
hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondu təsis olunmuşdur.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan
mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə
(Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs"
jurnalını təsis etmişdir.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan
Gimnastika Federasiyasının prezidenti seçilmiş və həmin vəzifədə
özünü gözəl təşkilatçı kimi nümayiş etdirmişdir. Onun beynəlxalq
aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika
Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya
Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının
Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında
həlledici rol oynamışdır.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli
liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin
yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim
aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik
edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi
açılışı olmuşdur.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi
xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban
Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş
Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji
sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq
görülmüşdür.
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və
xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət
müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə
Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun
"Yaqut Xaç" ordeninə layiq görülmüşdür.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik
dərəcəsi almışdır.
2005-ci il noyabrın 6-da Milli Məclisə
keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli
sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq
deputat seçilmişdir.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS
Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında
xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və
dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin
möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci
dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb
keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə
Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan etmişdir.
Sivilizasiyalararası dialoq daxil olmaqla,
müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində
görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il
noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq
görülmüşdür.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə
Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci
sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və
ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna
xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq
görülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək
nailiyyətlərinə görə görə 2007-ci ilin mayında Mehriban Əliyeva
"Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidentinin
2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı
Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni
həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı
ilə təltif edilmişdir.
2009-cu il sentyabrın 14-də Azərbaycan ilə
Polşa arasında dostluq münasibətlərinin inkişafındakı
xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa
Respublikasının Xidmətlərə görə Böyük Komandor Xaçı ordeni
ilə təltif edilmişdir.
2010-cu il fevralın 15-də Mehriban xanım
Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və
nümayiş etdirdiyi sadiqliyinə görə Fransa
Respublikası Prezidentinin Sərəncamı ilə Şərəf
Legionu ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir.
Ailəlidir, iki qızı, bir oğlu var. |
|
|
|
|
Əliyeva Zərifə Əziz qizi
Azərbaycan Respublikasının əməkdar
elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər
Akademiyasının akademiki Əliyeva Zərifə Əziz qızı
28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan
olmuşdur.
1942-ci ildə orta məktəbi bitirdiktən
sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə
həmin institutu bitirmişdir.
Sonra o, Moskva şəhərində Mərkəzi
həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə
ixtisaslaşdırma kursu keçmişdir.
1950-ci ildə Zərifə xanım Əliyeva
aspiranturaya daxil olmuş və 1953-cü ildə buranı bitirmişdir.
1957-ci ilə qədər Azərbaycan
Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı
ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə
Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda
göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə
orqanının peşə patologiyası laboratoriyasının müdiri,
oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində
çalışmışdır.
İllər boyu apardığı müşahidələrin,
klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın
düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində
H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat
İnstitutunda müdafiə etdiyi ĞAzərbaycanın bir sıra kimya
müəssisələri işçilərinin görmə orqanının vəziyyətiğ adlı
doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci
ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi
verilmişdir.
Zərifə xanım Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O,
vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya
təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və
elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz
xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə,
habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox
sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya",
"İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs
vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı
səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O,
Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet
Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti
İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı
redaksiya heyətinin üzvü idi.
1981-cı ildə oftalmologiyanın
inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor
Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ
Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına
mükafatına layıq görülmüşdür. Geyd olunmalıdır ki, professor
Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatların yüksək səviyyəsi,
onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı,
çoxillik elmi-tədqiqat işlərində böyük xidmətlərini
qiymətləndirərək, 1983-cü ildə Zərifə xanım Əliyevanı Azərbaycan
SSR EA-nın akademiki seçdilər.
Zərifə xanım Əliyeva göstərdiyi
xidmətlərinə görə orden və medallarla təltif olunmuşdu.
Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq
görülmüşdür.
1985-ci il aprel ayının 15-də Moskva
şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü
ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya
gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn
olunmuşdur.
|
|
|
|
|

 |
|
Azərbaycanın xalq şairi, əməkdar
mədə-niyyət işçisi. |
|
|
|

 |
|
Azərbaycanın ən tanınmış rəssamı Vəcifə Səmədova öz
istedadı və gözəl tabloları, portretləri ilə sənət
tarixi-mizdə özünəməxsus iz
qoymuşdur.
Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının
həqiqi üzvü, tibb elmləri doktoru,professor. |
|
|
|

 |
|
Azərbaycanın ilk balet ulduzu.
Xalq artisti, dövlət mukafatı laureatı
|
|
|
|
|
|


|
|
Xalq artisti, dövlət mukafatı
laureatı.
|
|
|
|

 |
|
Qubadlı rayonunun Yuxarı Mollu
kəndində anadan olmuşdu. O, Nəbiyə ərə gedəndən az sonra
Azərbaycanda başlanan
kəndli hərəkatına qoşulmuş,
ömür yoldaşı ilə birlikdə
əlinə silah götürüb 25 ildən
artıq at belində qaçaq həyatı keçirmişdir.
Bu ağır, məşəqqətli həyatın hər
günü qəhrəmanlıq səhifə-ləri
ilə doludur.
|
|
|
|

 |
|
Qarabağın tarixinə, arxiologiyaya,
etnoqrafi-yaya,
aid
qiymətli əsərlərin müəllifi, XIX əsrin tərəqqipərvər
Ziyalısı Əhmədbəy Cavanşirin qızı.
|
|
|
|
|
|
|
|

|
|
Azərbaycanın görkəmli şairəsi. Xan
qızı adı ilə el-oba içində böyük hörmət,
nüfuz qazanmış öz nəcibliyi alicənablığı
və xey-riyyə
işləri bütün Qafqazda şöhrətlənmiş
Natəvan Qarabağın sonuncu hakimi
Meh-diqulu xanın qızı,
İbrahimxəlil
xanın nəvə-sidir.
Anası Gəncə hakimi Cavad xanın
nəvəsi Bədircahan əsilzadə, tərəqqipərvər, nəcabətli bir
qadın olmuşdur. |
|
|
|
|

|
|
Bütün Şərq aləmini
heyrətə gətirmiş XII əsr poeziya çələn-gində ən ətirli çiçək kimi
sevilən Azərbaycanın böyük şairə-si, klassik rubai ustası. |
|
|
|
 |
|
|
|
|
|
|