1988-ci ildə
Sovet imperiyasının dağılmasıyla bağlı onun
hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.
Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır,
uzun illər təlqin olunan kommunist
beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı.
Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını
saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl
atdı...
1988-ci il
noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini
ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa
qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan
xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə
qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib
çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə
birlik və bərabərliyini bir daha bütün dünyaya
nümayiş etdirdi.
1992-ci
ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd
olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın
Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın,
xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə
münasibətini görən ermənilər planlı şəkildə,
Ermənistan hökumətinin tapşırığı və göstərişilə
Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını
öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.
Ermənilər
azərbaycanlıları təkcə öz ev-eşiklərindən
qovmayırdılar, həm də onları cismən öldürür,
diri-diri yandırırdılar.
Ermənilərin tarixdə görünməmiş bu vandalizminə
M.Qorbaçov və onun ətrafı heç bir reaksiya
vermədilər. Ermənilər bununla da
kifayətlənmədilər. 1988-ci ilin fevralın
əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi
torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb
Ermənistana birləşdirməsi haqqında məsələ
qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa
qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə
bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları
Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar.
Onların şüarları, gəzdirdikləri portret və bayraqlar
bunu sübut edirdi.
Ancaq,
xalq gördü və başa düşdü ki, nə Moskva, nə də
Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti
tədbir görmək istəmirlər. Belə olduqda,
respublikanın hər yerindən insanlar axın-axın Bakıya
gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin
adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet
hökumətinin beləmünasibətinə qarşı mitinqlər
keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı
sayılan Azadlıq meydanında Sovet dövlətinin
xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə
etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin
sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq
bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq
hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın
əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq
mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli
azadlıq hərəkatı kimi qiymətləndirilir və
Vətənimizin istiqlaliyyət qazanmasında əsas
amil sayılır.