NorveçdəKarvansaray. Azərbaycan - Odlar Ölkəsiadlı sərgi açılıb

Norveçin Stavanger şəhərin Arxeologiya Muzeyində “Karvansaray. Azərbaycan - Odlar Ölkəsiadlı sərgi açılıb. Norveçin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Norveçin mədəniyyət nazirinin müavini iştirak ediblər. Gələn il aprelin 15-ə kimi davam edəcək sərgidə Azərbaycan Tarix Muzeyi Xalça Muzeyinin eksponatları, eləcə gənc rəssamların əsərləri nümayiş olunur. Ümumilikdə, sərgidə 160 eksponat nümayiş olunur. Maliyyə dəyəri 1 milyon 300 min ABŞ dolları olan sərgini Norveçin Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, “Statoylneft şirkəti bu ölkənin Azərbaycandakı səfirliyi təşkil edib. Sərgi çərçivəsində bir sıra tədbirlər, konsert proqramları nəzərdə tutulur. Artıq Norveçdə bəstəkar Firəngiz Əlizadənin konserti keçirilib, noyabrın 26-da Alim Qasımovun konsert proqramı ilə çıxış etməsi nəzərdə tutulub.

Ekspress.- 2006.- 24 noyabr.- S. 13.