Turanə

 

"Yaddan çıxmaz Qarabağ" İncəsənət Həftəsinə yekun vuruldu

 

Gənc nəsildə vətənpərvərlik ruhunun yüksəlməsi, mənəvi dəyərlərimizin yenidən qiymətləndirilməsi məqsədilə Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi "Yaddan çıxmaz Qarabağ" adlı ümumrespublika mədəni-siyasi aksiya - incəsənət həffəsinə dünən yekun vuruldu. Qarabağ mövzusuna həsr olunan yüksək bədii səviyyəli sənət əsərlərinin yaradılması təbliği məqsədilə reallaşan həftəlik aksiya çərçivəsində bir sıra sənət ocaqlarında Qarabağla bağlı sərgilər, tamaşalar s. tədbirlər keçirildi. Layihənin ilk günü oktyabr 25-də "Qarabağ uşaqların gözü ilə" asfalt üzərində rəsmlər nümayiş olundu. Həmin gün M.F.Axundov adına Milli Kitabxanada KİV üçün Dəyirmi masa, ardınca isə "Yaddan çıxmaz Qarabağ" adlı kitab sərgisi nümayiş olundu. 25-i axşam isə Azərbaycan Dövlət Filarmoniyasında Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası muğam ustalarının ifasında dövlət simfonik orkestrlə dövlət xor kollektivinin müşayiətilə səsləndirildi.

Oktyabrın 26-da isə İrəvan Dövlət Teatrı Musiqili Komediya Teatrında A.Rəhimovun "Əsgər anası", Dövlət Akademik Milli Dram Teatrı isə H.Mirələmovun “Xəcalət” dramını təqdim etdi. Oktyabrın 27-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Elçinin "Şuşa dağlarını duman bürüyüb" dramı ilə tamaşaçılar qarşısına çıxdı, Həmin gün Dövlət Mahnı Teatrı da layihəyə qatılaraq "Yaddan çıxmaz Qarabağ" adlı konsert proqramı ilə çıxış etdi. Oktyabrın 29-da eyniadlı foto-sərgi açıldı. Bir həftə ərzində paytaxtda fəaliyyət göstərən mədəniyyət ocaqları ilə bahəm bölgələrdə - Gəncə, Şəki, Sumqayıt, M/ngəçevir, Bərdə, Qax, Xaçmaz, Ağdam, Əlibayramlı s. uşaq musiqi məktəblərinin şagirdləri arasında rəsm yarışmaları təşkil olundu. Mədəni-siyasi aksiya çərçivəsində dünən Akademik Opera Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operası, Dövlət Gənc Tamaşaçılar Teatrında isə H.Mirələmovun 'Yaddaş ağrısı" dramı oynanıldı.

 

Yeni Azərbaycan.- 2006.- 1 noyabr.- S. 8.