Məhəbbətoğlu Q.,  Əsgər Babək

 

Göyçayda “Nar bayramı” el bayramına çevrildi

 

Göyçayda təbiətin bütün fəsilləri, təbii ki, gözəldir. Amma bu ilin son baharı Göyçay daha füsunkar görünürdü. Ona bu füsunkarlığı gətirən rayonun tarixində ilk dəfə keçirilən “Nar bayramı” oldu. Onu da deyək ki, rayonun sosial-iqtisadi inkişafına, məişət mədəniyyətinə tarixi baxış kimi dəyərləndirilən bu bayram əsl el şənliyinə çevrildi.

Göyçayda “Nar bayramı”na şəhərin giriş qapısında qonaqların qarşılanması ilə start verildi. Burada milli geyimdə olan məktəbli qızlar tədbirə təşrif buyurmuş qonaqları mehribanlıqla qarşıladılar. Göyçay Rayon Mədəniyyət Evinin solisti Ata Şərifov Aşıq Əhliman isə onları Göyçaya həsr olunmuş mahnılarla salamladılar.

“Nar ağacı, nar çiçəyi”

Göyçayda “Nar bayramı”na şəhərin giriş qapısında qonaqların qarşılanması ilə start verildi. Burada milli geyimdə olan məktəbli qızlar tədbirə təşrif buyurmuş qonaqları mehribanlıqla qarşıladılar. Göyçay Rayon Mədəniyyət Evinin solisti Ata Şərifov Aşıq Əhliman isə onları Göyçaya həsr olunmuş mahnılarla salamladılar. Aşıq Əhlimanın ifa etdiyi “Nar ağacı, nar çiçəyi” mahnısı bütün tədbir iştirakçılarının ürəyincə oldu. “Super Market”in qarşısında qonaqları Göyçay Musiqi Məktəbinin şagird müəllimlərindən ibarət xor mahnılarla salamladı. Rayonun tanınmış idmançıları da maraqlı proqramla çıxış etdilər. Heydər Əliyev prospektindəki Heydər Əliyev büstünün qarşısında isə “Nar bayramı”nın rəsmi açılışı oldu. Azərbaycanın bütün bölgələrində, eləcə Göyçayda iqtisadi inkişafın özünü göstərdiyini vurğulayan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bayram çərçivəsində açılışı nəzərdə tutulmuş Göyçay Süd Açıq Səhmdar Cəmiyyətinin nar məhsullarının istehsalı ilə məşğul olacaq sexinin bu inkişafa növbəti töhfə olduğunu xatırlatdı. Onun sözlərinə görə, 4,5 milyon ABŞ dolları həcmində sərmayə qoyulmuş bu sex Göyçay narının dünya miqyasına çıxarılmasında mühüm rol oynayacaq. O, eyni zamanda göyçaylıların belə bir arzusunu da dilə gətirdi: “Göyçayda nar muzeyi təşkil edilməlidir”. İlk dəfə bu tipli tədbirin Şəkidə keçirildiyini vurğulayan mədəniyyət turizm naziri Əbülfəs Qarayev estafetin Göyçaya ötürüldüyünü qeyd edərək: “İnanıram ki, biz Şuşada da bu cür tədbir keçirəcəyik, - dedi. Daha sonra nazir bildirdi ki, respublikanın bütün bölgələrində buna oxşar tədbirlərin keçirilməsi artıq Respublika Prezidentinin diqqət mərkəzindədir. O, göyçaylıların muzey arzusunun da reallaşması üçün əlindən gələni əsirgəməyəcəyinə söz verdi.

Qaliblər mükafatlandırıldılar

Göyçay Rayon Uşaq Əyləncə Mərkəzində Göyçayın bütün mədəni həyatını özündə əks etdirən canlı stendlər maraqla qarşılandı.
Burada tədbir iştirakçıları əsrlərin xalıları, Göyçayın tarixi eksponatları, eləcə folklor nümunələri ilə
tanış oldular. Xüsusilə, nardan müxtəlif məhsullar hazırlayan xanımların əl işləri daha çox diqqət mərkəzində oldu. Hətta mədəniyyət turizm naziri Əbülfəs Qarayev, gənclər idman naziri Azad Rəhimov, kənd təsərrüfatı naziri İsmət Abbasov, eləcə digər qonaqlar (tədbirə respublikamızda fəaliyyət göstərən Misir Çin səfirləri qatılmışdılar) həmin məhsullardan dadaraq, onlara öz təşəkkürlərini bildirdilər.
Burada narla bağlı maraqlı yarışlar da keçirildi. Narın bir giləsini yerə salmadan yeyən rayonun Şəkər kənd sakini Məcid Əhmədov narın şirəsini sıxmaqla litrlik bankanı dolduran Alxasava kənd sakini Mübariz Zeynalov qalib oldular. M. Əhmədov 100, Mübariz isə 200 ABŞ dolları ilə mükafatlandırıldılar.
Tədbir Yeni Nar Emalı sexinin açılışı respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən maraqlı repertuarla davam etdirildi. Atəşfəşanlıq isə “Nar bayramı”nın finalına daha bir füsunkarlıq gətirdi.

 

Zaman.- 2006.- 4-6 noyabr.- S.17.