Nüşabə

Beynəlxalq Audiovizual festival isini yekunlasdırdı

 

Festivalın əsas mükafatı olan Qran-Priyə həmyerlimiz Nəsimi Əliyev layiq görülüb.

 

Ötən həftə artıq ənənəvi şəkildə keçirilən 6-cı Beynəlxalq audio-vizual festival öz işini yekunlaşdırıb. Məlumat üçün bildirək ki, bu festival Zağulbada yerləşən Beynəlxalq "Gənclik" Mərkəzində keçirilib. Xatırladaq ki, festivalda bir çox ölkələrin gənc kinomotoqrafları iştirak edib.

Festival Mədəniyyət Turizm Nazirliyi, Avropa Kinorejissorlar Federasiyasının sponsorluğu "Professional Kinorejissorlar Gildiyası"nın rəhbərliyi ilə keçirilib. Beynəlxalq  jüri heyətinə rəhbərlik isə xalq artisti Şəfiqə Məmmədovaya həvalə olunub. Festivala təqdim olunan gənc kinomotoqrafların işləri isə müxtəlif nominasiyalar üzrə qiymətləndirilib. Belə ki, gənc kinomotoqraflar "Ən yaxşı tələbə işi", “Ən uğurlu debüt”, "Ən yaxşs həvəskar film ", "Ən yaxşı sənədli film", "Ən yaxşı bədii film" "Ən yaxşı mulitiplikasiya filmi", "Ən yaxşı klip", "Ən yaxşı kompüter dizaynı", "Ən yaxşı operator", “Ən yaxşı ssenarist”, "Ən yaxşı prodüser" nominasiyalarında fərqləndirilib. “Yeni Dalğaprodüser mərkəzi tərəfindən ən yaxşı iştirakçı diqqətdən kənarda qalmayıb. Adıçəkilən mərkəz ən istedadlı müsabiqə iştirakçısının gələcək film çəkilişlərinə sponsorluq edəcəyini bildirib. Festivalın sonu isə təntənəli şəkildə, Bakı Musiqi Akademiyası tələbələrinin səsləndirdiyi melodiyalarla yetib. Ən istedadla gənc iştirakçılar fəxri diplomlar hədiyyələrə layiq görülüb. Məlumat üçün bildirək ki, "Ən uğurlu debüt" nominasiyasında Qırğızıstandan olan Nərgiz Mamadkulovaya həmyerlimiz Nigar Əliyevaya qalib olub. "Ən yaxşı prodüser" nominasiyasında. Gürcüstandan olan Tamara Salomanidzenin bəxti gətirib.

"Ən yaxşı operator kimi Ukraynadan olan Vladimir İvanov festivalda tanınıb. "Ən yaxşı bədii film" nominasiyasında uğurlu İrandan festivala qatılan Məcid Fədhi əldə edib. Festivalın əsas mükafatına - Qran-Prisinə isə həmyerlimiz Nəsimi Əliyev layiq görülüb. Qeyd edək ki, qaliblərə mükafatları "Azəıbaycan Professional Kinorejissorlar Gildiyası"nın prezidenti, xalq artisti Eldar Quliyev təqdim edib.

 

Palitra.- 2006.- 7 noyabr.- S. 13.