Qocayeva A.

 

Azərbaycan musiqisinin uğuru

 

Ramiz Quliyev: “Əyyubun ilk musiqi məktəbi evimiz, ilk müəllimi mən olmuşam”

 

Bu günlərdə Azərbaycan xalqı olduqca sevindirici bir xəbər almışdır. Dirijor, tarzən Əyyub Ramiz oğlu Quliyev Polşanın Belostok şəhərində keçirilən V. Lutoslavski adına IV Beynəlxalq Müsabiqənin qalibi olaraq 1-ci yerə çıxmışdır. Bu, Azərbaycan musiqi tarixində dirijorluq üzrə ilk mükafatdır. 13 ölkədən 43 musiqiçi iştirak edib. Əyyub bu müsabiqədə Mendelsonun, Çaykovskinin, Verdinin, Şopenin, Stravinskinin Karloviçin əsərlərini böyük məharətlə səsləndirmişdir.

Oktyabrın 27-də Poldlaziya Filarmoniyasında Belostok şəhər merinin, mədəniyyət nazirinin, hökumət nümayəndolərinin, məşhur musiqiçilərin tanınmış qonaqların iştirak etdikləri mərasimdə müsabiqənin  təntənəli bağlanışı olmuşdur. Həmin mərasimdə gənc dirijor Əyyub  mükafatla - "Qızıl çubuq" heykəli, "Orkestr musiqiçilərinin simpatiyası" mükafatı ilə təltif olunmuşdur. Bu toplantıda həmyerlimiz Poldlaziya Filarmoniyasının orkestrilə Mendelsonun 4-cü "İtalyan" simfoniyasını ifa etmişdir.

Müsabiqənin laureatlan 2 il ərzində Polşa Avropanın bir sıra orkestrləri ilə çıxış etmək üçün dəvətlər alıblar.

Bir ata ilk müəllimi kimi xalq artisti, professor Ramiz Quliyevə müraciət etdik.

- Ramiz müəllim, Əyyubun musiqiyə marağı olduğunu siz vaxt hiss etdiniz?

- O, hələ 5 yaşında olarkən mən işdən evə dönəndə tarımın öz qutusuna yaxşı qoyulmadığını görürdüm. Anasından bu barədə soruşanda o, bir neçə dəfə Əyyubun tarı masanın üstünə qoyaraq dınqıldatdığının şahidi olduğunu söylədi. Mən tarımı harada gizlədirdimsə Əyyub axtarıb tapırdı. Təngə gələrək bir balaca tar düzəltdirdim yavaş-yavaş onunla məşğul olmağa başladım. Əyyub 1994-cü ildə 10 yaşında mənimlə Filarmoniyanın səhnəsinə çıxdı, birlikdə duet çaldıq bununla Azərbaycanda ilk dəfə olaraq tarda duet janrı yarandı. Yəni Əyyubun ilk musiqi məktəbi evimiz olub ilk müəllimi mən.olmuşam. Musiqi təhsilini isə R. Behbudov adına 2 saylı musiqi məktəbində (1993-1996), sonra isə Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmiş (1996-1999) 1999-cu ildə həmin məktəbi ekstern yolu ilə bitirmişdir.

-  Əyyubun Musiqi Akademiyasına sənəd verməsi sizi təəccübləndirdimi?

- Həmişə tarla məşğul olan, bu sahə üzrə təhsilini davam etdirən Əyyub 1999-cu ildə sənədlərini Musiqi Akademiyasının dirijorluq fakültəsinə verəndə məni təəccüb bürüdü. Lakin o, qərarında qəti idi. Onun dirijorluq ixtisasından müəllimi professor Yalçın Adıgözəlov oldu.

Yadımdadır, Əyyub hələ orta mək-təbdə oxuyarkən 4 böyük şəxsiyyətin - Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov Niyazinin şəkillərini ensiklopediyadan kəsərək gündəliyinin arasında saxlayırdı. 10 yaşında olarkən bunun səbəbini soruşanda onlar haqqında ayrı-ayrılıqda dedi ki, ata, mən hiss edirəm ki, bu musiqini, bu yolu Ü. Hacıbəyov yaradıb. Q. Qarayev davam etdirərək Avropaya çıxarıb.

F. Əmirov muğamlanmızı simfonikləşdirib. Filmdə görmüşəm, F. Əmirov Amerikaya Boston simfonik orkestri ilə çıxış etməyə gedəndə təyyarədən əlində tarla düşərkən ona bu alətlə bağlı suallar verirlər, bax, bu mənim xoşuma gəlib.

Niyazi dirijorluq edəndə elə bil əsər tamam başqa cür səslənir.

Sonralar mən hiss etdim ki, mayestro Niyazinin dirijorluq məharətinə böyük məhəbbəti Əyyubu bu yola çəkdi.

- Əyyubun uğurları barədə danışmağınızı istərdik.

- Hələ Musiqi Akademiyasında təhsil alarkən Elmi Şuranın qərarı ilə Ü. Hacıbəyov adına təqaüdə layiq görülmüşdü. 1994-cü ildə "Novruz-94", "Qönçə-94"də iştirak edib. 1995-ci ildə H. Məmmədov adına şəhər müsabiqəsinin, 1996-cı ildə III Uşaq Musiqi Festivalı "Qönçə-96"-nın laureatı olub. 1997-ci ildə görkəmli tarzən M. S. Əsədoğlunun (Sadıqcanın) anadan olmasının 150 illiyinə həsr olunmuş xalq çalğı alətləri üzrə Respublika müsabiqəsinin qalibi olmuşdur. Elə həmin ildə dünya şöhrətli musiqiçi M. L. Rostropoviç Əyyubun ifasını yüksək qiymətləndirmiş özünün Bakı Möskva şəhərlərində keçirilən 70 illik yubiley konsertlərinə dəvət etmişdir. Əyyub görkəmli bəstəkar T. Quliyevin İngiltərədə məşhur müğənni M. Maqomayevin Rusiyada keçirilən 55 illik yubiley konsertlərində çıxış etmişdir. 1998-ci ildə Böyük Britaniyanın London şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak etmişdir. 2002-ci ildə Norveçin Stavanger şəhərində keçirilən Beynəlxalq musiqi festivalında çıxış etmiş konsertlər vermişdir.

Ə. Quliyev dünyanın məşhur konsert salonları olan P. Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Moskvanın "Rossiya", Londonun "Kensinqton", Norveçin "Stavanger Konsertxoll" zallarında çıxış etmişdir. Onun ifaları BBS, TQRT, STV, RTR, ORT digər kanallar vasitəsilə yayımlanmışdr.

Əyyub hazırda N. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının opera simfonik dirijorluğu fakültəsinin aspiranturasında təhsil alır.

Mərhum Prezidentimiz Heydər Əliyevin 1999-cu il 23 avqust tarixli fərmanı ilə Əyyubun adı "Qızıl kitab"a daxil edilmiş Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

İstedadlı tarzən dirijor Əyyub Quliyev haqqında digər böyük sənətkarlarımızın fikirlərini bilmək yerinə düşərdi.

Arif Məlikov - görkəmli bəstəkar, SSRİ xalq artisti, professor:

- Əyyubun bu uğuru ancaq alqışlanmalıdır. O, Azərbaycanın fəxridir. Gələcəkdə Azərbaycan musiqisinə Əyyub kimi simfonik dirijorlar lazımdır. Onun böyük gələcəyinə inanıram. Arzu edirəm ki, Əyyub ciddi musiqidə professional dirijor kimi yetişsin. Onu təbrik edir sənətdə daha böyük uğurlar diləyirəm.

Tofiq Bakıxanov - tanınmış bəstəkar, xalq artisti, professor:

-  Əyyubun Beynəlxalq müsabiqədə qələbə qazanmasını eşidəndə sevincdən qəlbim titrədi. Onun əldə etdiyi bu böyük uğurun mayasında fitri istedad zəhmət durur.  Əyyubun  iştirak etdiyi konsertlərə baxarkən belə qərara gəlmişəm ki, o, həm bacarıqlı tarzən, həm istedadlı dirijor kimi bundan sonra da uğurlar əldə edəcək. Əyyub sivil Avropada çox çətin bir sınaqdan keçərək Azərbaycan incəsənətini, dirijorluq sənətini bütün dünyada yüksək səviyyədə nümayiş etdirdi.   Gənc dirijorumuzu ürəkdən təbrik edirəm.

Yalçın Adıgözəlov - dirijor, xalq artisti, professor:

-  Bu çox böyük uğurdur Azərbaycan incəsənətində yeni hadisədir. Əyyub Musiqi Akademiyasında mənim tələbəm olarkən istedadlı, zəhmətkeş olduğunu, verilən tapşırıqları əlavə olaraq müstəqil axtarışlar aparmaq yolu ilə müəlliminə qaytarmağı çox sevdiyini görürdüm. İstedadlı tələbəmin sənətdə böyük uğurlar əldə edəcəyinə inanırdım. Mən bu gün yanılmadığımı görür bir müəllim kimi qürur hissi duyuram.

Yazı çapa hazırlanarkən Əyyubdan daha bir xoş xəbər eşitdik; Əyyub Quliyev noyabrın 9-da Varşavada konsert verəcək. Hazırda Əyyub Varşavadadır qarşıdakı möhtəşəm konsertə ciddi hazırlaşır.

Biz qəzetimizin bütün oxucuları adından Əyyubu IV Beynəlxalq Müsabiqədə qazandığı böyük uğura görə təbrik edir, ona qarşıdakı konsertdə gələcək yaradıcılığında nailiyyətlər arzulayırıq.

 

İki sahil.- 2006.- 8 noyabr.- S. 6.