Müslüm Maqomayevə həsr olunmuş film tapıldı

 

Filmdə Şövkət Ələkbərovanın xatirələri yer alıb

 

Məhşur bəstəkar Müslüm Maqomayev haqqında itmiş film tapılıb. Fondun direktoru Cəmil Quliyev “OLAYLAR”a bildirib ki, 1977-ci ildə çəkilmiş filmi bir şəxs öz arxivindən taparaq Fonda hədiyyə edib: "Film itmiş hesab olunurdu. Sevinirik ki, bu ekran işini tapıb Fonda daxil etdik. Müslüm Maqomayevə həsr olunmuş bu filmin əhəmiyyəti böyükdür. Çünki burada ilk opera müğənnisi Şövkət Ələkbərovanın Müslüm Maqomayev və Üzeyir Hacıbəyov haqqında xatirələri var". Qeyd edək ki, sözü gedən sənədli filmin rejissoru Ruslan Şahmalıyevdir.

 

İki sahil.- 2006.- 16 noyabr.- S.6.