Samirə

Peşəkar musiqimizin tarixindən

 

Bakı mühiti ilə tanış olmağa başlayan hər bir əcnəbi bu şəhərin çeşidli ənənələri sırasında gənc nəslin musiqi təhsilinə, tərbiyəsinə fikir verməyə bilmir. XIX yüzilliyin sonlarında zirvə mərhələsini yaşayan müti burjuaziyanın mkişafı ilə yeniyetmələrin hərtərəfli təhsilinə, xüsusən musiqi alətlərinin birində, daha çox pianinoda çalmaq, musiqi mədəniyyətindən xəbərdar olmaq imkan dairəsində özünə hörmət edən hər bir ailənin dəyişməz qanunlarından idi.

Bu yazılmamış qanunun belə mütləq bərqərarlığı isə cilalanmış musiqi zövqünə malik ziyalı nəslinin peşəkar musiqiçilərin yetişməsinə şərait yaratdı. Mübaliğəsiz demək olar ki, məhz bu ənənənin sayəsində dünyaya səs salan musiqiçilərimizin nəsli durmadan cavanlaşır.

"Azərbaycan ladları əsasında solfecio" dərsliyinin yaranması 1947-ci ilə təsadüf edir. Üzeyir bəy bu dərslik haqqında yazırdr. "F.Səmədova F.Zeynalovanın mənim rəhbərliyim altında Azərbaycan muğamları melodiyaları əsasında yaratdıqları solfecio dərsliyi respublikanın musiqi müəssisələri üçün vacib olduqca xeyirlidir. Dərslik mənim tərəfımdən redaktə olunmuşdur. Nəşr olunmasını təklif edirəm". Azərbaycan peşəkar musiqisinin banisinin Azərbaycan SSR Nazirlər Soveti nəzdində incəsənət işləri üzrə idarəyə göndərdiyi sənədin tarixi 1948-ci il 24 sentyabra aiddir.

Fatma Səmədova Fatma Zeynalovanın fəaliyyəti həyat yolu haqqında qocaman pedaqoq bəstəkar Boris Zeydman "respublikanın musiqi mədəniyyətinin yüksəldilməsində iştirak edən görkəmli incəsənət xadimləri"nin bioqrafıyası kimi danışırdı. Təbii ki, onların belə bir mövqeyə çatmasında dünyagörüşlərinin formalaşmağında Üzeyir bəyin rolu müstəsnadır. 1922-ci ildən "Türk musiqi məktəbi" adlı müstəqil tədris müəssisəsinin fəaliyyətinə rəhbərlik edən Ü.Hacıbəyli istedadlı musiqiçilərin böyük bir nəslini yetişdirmişdi. Məhz türk musiqi məktəbi azərbaycanlı balalarını musiqi təhsilinin sehrinə salaraq, eyni zamanda, peşəkar nöqteyi-nəzərdən ən istedadlı gənclərin seçilməsində böyük rol oynamışdı. Yalnız bu musiqi təhsili ocağında ilk azərbaycanlı qadın musiqiçi kadrları formalaşmış, onların əksəriyyəti musiqi təhsili almışdı. Bunların içərisində K.Səfərəliyeva, X.Ağayeva, L.Muradova, C.Muradova, T.Rəhimova, N.Usubova başqa adları vurğulamaq olar.

F.Zeynalova F.Səmədovanın musiqi məktəblərində uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmaları tədris-metodik işlə dərindən maraqlanmalarına səbəb olur. Beləliklə, 1947-ci ildə "Azərbaycan ladları əsasında “solfecio” dərsliyi yaranır. Müəlliflər xalq muğamlarını uşaqlarda musiqini eşidib-qavrama qabiliyyətinin tərbiyə olunması notları oxuma bacarığının yetişdirilməsində əsas təkanverici üsul kimi irəli sürüblər. Köklərə əsaslanan inkişaf yolunu əsas götürmək rus klassiklərindən tutmuş macar Bela Bartok, braziliyalı Eyitor Vila Lobosadək bütün musiqi nəzəriyyəçilərinin, bəstəkarların irsindən "qırmızı xətlə" keçir. "Azərbaycan ladları əsasında “solfecio"da "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər", "Humayun", "Rast", "Şur" muğamlarının yeniyetmələr üçün təfsirinə geniş yer ayrılıb. Dərslikdə həmçinin xalq bəstəkar musiqi parçalarından çoxlu nümunə verilib. "Sona xanım","Ay qız, kimin qızısan", "Ay xanım" kimi xalq mahnıları, müxtəlif  rəng təsniflər, Ü.Hacıbəylinin "Yaxşı yol", "Şəfqət bacısı" mahnıları, "Arşın mal alan", “O  olmasın, bu olsun” musiqili komediyalarından,  M.Maqomayevin "Nərgiz"  operasından,

A.Zeynallı, C.Hacıyev, S.Rüstəmov, Niyazi başqa ustad bəstəkarların əsərlərindən musiqi parçaları solfecio dərslərinin əsaslandığı mənbələrdir. "Solfecio"nun ən qiymətli cəhətlərindən biri, bəlkə birincisi eşitmənin tərbiyə olunmasında xalq musiqisindən milli musiqi klassikasından başlamağı irəli sürməsidir. Dərslikdə birinci yerdə vokal musiqisinin durması bütün musiqiçilərin tərbiyələnməsi üçün vacib amildir. Bununla əlaqədar olaraq "Solfecio"da oxumanın vokal imkanlarının nəzərə alınması, onun qarşıya qoyduğu tələblərin yerinə yetirilməsinə riayət olunur. Bu tələblər - tessitura rahatlığı, yəni səs üçün asan götürülən orta səviyyəli notların üstünlüyünə geniş yer verilməsi, tessituranın üzvi surətdə genişlənməsi, çətin götürülən yüksək səslərin bədii cəhətdən işlənməsi, onlara psixoloji-təbii yanaşma ilə bağlıdır.

 

Həftə içi.- 2006.- 7 noyabr.- S. 8.