Mövsümova S.

Caz naminə şəhid olanımız da var

 

"Caz musiqisinin olub keçənləri yadda saxlaması çox vacibdir. Məsələn, o, çox-çox illər bundan əvvəl kiminsə qoşduğu mahnıları, yaxud haçansa ilıq aylı gecələrdə səslənən qədim xalq mahnılarını bilməli və onları yadda saxlamalıdır. Bunu caz musiqisinin gözəl bilicisi Dyük Ellinqton söyləyib. Uzun müddət diqqətlərdən kənarda qalsa da, son vaxtlar bu sənət haqda ölkəmizdə də geniş təbliğat işləri aparılmağa başlanıb. Bu işin uğurlu nəticəsi kimi iki ildən artıq işıq üzü görən “Caz dünyası” jurnalı da çox söz deyə bilər. Caz haqqında ətraflı məlumat və təəssürat yaradan jurnal və bugünkü caz sənətinin musiqi tarixi haqqında məlumat almaq üçün “Caz dunyası” jurnalının baş redaktoru Leyla Əfəndiyeva ilə söhbətləşdik.

 - Neçə illər idi ki, caz musiqisindən bəhs edən jurnal nəşr etdirmək arzusunda idik. Mən altı ildən artıq orta məkləbdə fizika müəllimi kimi çalışmışam. Tale elə gətirdi ki, indiki həyat yoldaşım Rain Sultanovla qarşılaşdım. O, məni caz musiqisinə həvəsləndirdi və çox sirlərdən agah etdi. Artıq hiss etdik ki, dogrudan da caz jurnalının yaranması vaxtı çatıb. Çünki Bakıda həm əcnəbilərin, həm də əcnəbi ölkələrə səfər edənlərin sayı çoxdur. Jurnal çap etdirmk isə heç də asan iş deyil, onun maliyyə tərəfi də var. 2004-cü ildə həyat yoldaşım Rain Sultanov Caz Mərkəzinin baş müdiri vəzifəsinə keçdi və bizə jurnal çap etmək üçün imkan yarandı. Hazırda jurnalın çapına “AzEuroTel” şirkətinin baş direktoru Nuru Əhmədov köməklik göstərir. Biz ona göstərdiyi mənəvi və maddi dəstəyə görə hədsiz dərəcədə minnətdarıq, Qısa bir zaman kəsiyində həm ölkə daxilində, həm də xarici ölkələrdə çox popuryarlıq əldə edə bildik. Jurnal üç dildə - azəri, ingilis və rus dillərində nəşr olunur.

- Sizin jurnalın nəşrindən əvvəl işıq üzü görən "Azərbaycanda caz antalogiyası" kitabınızda milli caz sənətimizin tarixi haqqında məlumat çatdırmaq baxımından əhəmiyyətli mənbədir".

- Azərbaycanın caz tarixi deyəndə ancaq Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadə xatırlanır. Xarici ölkələrdə də bizim cazmenlərdən yalnız onların adı bəllidir. Amma Azərbaycanın çox qədim caz musiqi ənənələri var. "Azərbaycanda caz antalogiyasının yaranmasında yenə də Rain Sultanov və Nuru Əhmədovun böyük xidmətləri olub. Kilab dörd dildə çap edildi. Bu kitab bütün dünyanı gəzdi, xüsusən ona görə ki, hər ölkədə caz musiqisinin tarixi haqqında dörd dildə kitab yoxdur. Kitabın içində həm də iki SD- diski var. Diskdə Tofiq Quliyev, Pərviz Rüstəmbəyov, Rövşən Rzayev, Tofiq Şabanov, Cahangir Qarayev, Rafiq Babayev, Vaqif Mustafazadə, "Qaya" qrupu və onlarla eyni dövrlərdə vətəninizdə yaşayıb fəaliyyət göstərmiş Vladimir Vladimirov, David Koyfmanın caz musiqiləri yer alıb. Biz çalışmışıq ki, musiqidə yeni bir isitqamət olan cazın baniləri olmuş, onun yaranmasına və inkişafına sanballı löhfələr vermiş musiqiçilər barədə etibarlı mənbələrdən əldə edilən faktları toplayaraq və mümkün qədər tam təsvir edək. Bu kitaba həm də müasir caz bəstəkarları və ifaçıları barədə bioqrafik oçerklər və məqalələr də daxil edilib. Fikrimcə, caz musiqisinin Azərbaycana gəlib çıxması heç də təsadüfi deyıl. Çünki o dövrdə ölkəmizdə milli musiqiyə və milli mədəniyyətə oxşamayan yenilikləri qavramaq üçün artıq yetişmiş və buna hazır olan, əksəriyyəti Avropada və Rusıyada təhsil almış ziyalılar vardı. Üstəlik, həmişə beynəlmiləl olan Bakıda müxtəlif millətlərin nümayəndələrinə xas olan mədəniyyət və dünya baxışları mövcuddur.

- Kitabdakı faktların səhihliyinə nə dərəcədə nail olmusunuz?

- Kitab çox dəqiq analiz edilmiş materiallar əsasında ərsəyə gəlib. Məsələn, kitabda Tofiq Quliyevin bir vaxtlar Moskvada caz orkestrində ifa etməsi haqqında məlumat verilir. Bu haqda çox az adam məlumatlıdır. Və yaxud estrada-caz orkestrlərinin yaranması haqqında məlumat verilir, Materialları əldə etmək üçün iki il ərzində axtarışda olduq. Əsasən arxivərdə, kitabxanalarda olur, köhnə musiqiçilərin ailələri ilə əlaqə yaradırdıq. Kitabda görkəmli saksafonçu Pərviz Rüstəmbəyov haqqında hadisə də qələmə alınıb. O, caz ifa etdiyinə görə 1940-50-ci illərdə repressiyaya məruz qalaraq qətlə yetirilib.

 - Jurnalın oxucu audıtoriyasını toplamaq sizə çətin olmadi ki?

- Caza marağın azlığı çox normal haldır. Çünki Amerikanın özündə popa marağı olanlar indi rok musiqisi ilə maraqlanırlar caza az maraq göstərirlər. Caz çox zəngin intellektual ağır musiqidir. Son vaxtlar Rain Sultanov Caz Mərkəzinin baş müdiri olandan sonra Bakıda caz bum səviyyəsinə çatdı. Bakıda iki nəhəng caz festivalı keçirildi, jurnal nəşr edildi, iki böyük caz ustası Bakıda qonaq oldu, prezidentlə məşhur cazmen Herbi Neks arasında görüş keçirildi. Bakıda indiyə qədər belə hadisə olmamışdı, 1960-cı ildə olmuşdusa da, amma bir o qədər populyar olmamışdı.  

- Şəhərimizdə qonaq olan sənətçiləri Azərbaycan caz sənətinə necə cəlb edirsiniz?

 - Əlbəttə ki, qonaqlar Azərbaycan cazını o qədər yaxından tanımayanlardır onları buna cəlb etmək heç asan deyil. Elə o səbəbdən böyük miqyaslı festivallar keçirilmirdi. Belə bir işi həyata keçirmək üçün insaniar arasında böyük təbliğat kampaniyası aparıldı. Ümumiyyətlə, Bakıya gələn qonaqlar hər zaman gözəl təəssüratarla buradan gediblər. Məsələn, Türkiyədən musiqiçi gətirmək o qədər çətin deyil, qonorarını verib gətirirsən. Amma tanınmış əcnəbi musiqiçilər regionlara getməyə ehtiyat edirlər. Məsələn, Stinqi Gürcüstana çağırmışdılar, lakin o görüşdən imtina etmişdi. Əcnəbilər gəlməmişdən əvvəl gedəcəkləri ölkənin vəziyyəti ilə hərtərəfli tanış olurlar. Onlar Bakıda siyasi stabillik olduğunu biləndən sonra vətənimizdə qonaq oldular. Həm onlar üçün çox yaxşı şərait yaradılmışdı dünya standartlarına cavab verən texniki avadanlıqlar quraşdırılmışdı ki, bu da bizə çox baha başa gəldi.

- Azərbaycan cazını hansı mərtəbədə görürsünüz?

- Müasir Azərbaycan cazı güclü musiqi istiqamətidir, ona görə ki, bu gün bizdə çox gözəl caz ustaları var. Onlar Azərbaycan caz musiqisini xaricdə yüksək səviyyədə təbliğ edirlər. Onların sırasında Cəmil Əmirov, Şahin Növrəsli, Rain Sultanov, Əzizə Mustafazadə, Salman Qəmbərov Vaqif Gərayzadənin adlarını çəkə bilərəm. Bu musiqiçilər az olsa da, deyə bilərik ki, onlar caz sənətini yaşadacaq, ölməyə qoymayacaqlar. Biz iki il bundan əvvəl müsabiqə elan etdik bu zaman çox istedadlı gənclər aşkar etdik.

- Bizim elə gənclərimiz var ki, onlar özlərinə peşə seçəndə ilk   əvvəl sənətin qazanc mənbəyi olacağı haqda düşünürlər. Caz sənəti gənclərə qazanc gətirmək baxımından dərəcədə sərfəlidir?

- Əfsus ki, biz hələ o səviyyəyə çatmamışıq  ki,  musiqiçilərimiz yaxşı maaş alsınlar. Məsələn, biz bir-neçə dəfə bu mövzuya toxunmuşuq.  İndi  Mədəniyyət Turizm Nazirliyinə belə bir müraciətimiz olacaq ki, heç olmasa əvvəlki  vaxtlarda olduğu kimi orkestrlər olmalı onlar üçün xüsusi ştat olmalıdır ki, musiqiçilər ora işə götürülsünlər. Onlar da sənət işçiləri kimi normal maaş almalıdırlar. Sovet vaxtında belə ştat var idi. Caz musiqiçiləri toylara getmir. Bu səbəbdən axşamlar şəhərdə olan yalnız bir neçə elit restoranda piano, saksafon, gitara ifalarında caz musiqiçilərinin musiqilərini eşidirik. Caza olan marağı artırmaq üçün ancaq təbliğat işlərini gücləndirmək lazımdır. Elə olur ki, televiziyanı hər dəfə yandırıb hansısa pis musiqini - tez-tez dinləyirsən gecə yatanda da musiqi insanın beyninə həkk olunur. Bu təzyiqdir. Hesab edirəm ki, bütün kütləvi informasiya vasitələri bu işə çox ciddi yanaşmalıdırlar. Hətta özü oxuya bilməyənlər efirə çıxıb deyir ki, oxumağı bacarmayanları efirə buraxırlar. Televiziyada bu mənada senzura qoyulmalı, efirlər keyfiyyətli musiqiyə meylli olmalıdırlar.

- Sizin caz haqqında verilişlə efirə çıxmaq fikriniz varmı?

- Vaxtı ilə belə verilişlər olub. Sonralar “Lider” kanalında da belə bir veriliş yayımlanırdı, amma gecə saat ikinin yarısı efirə buraxılırdı ki, bu vaxtı da heç kəs baxmırdı. İndi caz haqqında tok-şou tipli maraqlı bir layihə üzərində işləyirik. Amma məncə, müəllif  fikirləşməməlidir ki, o, hardansa sponsor axtarıb tapsın. Özəl kanallar reytinqlərini qaldırmaq üçün caz sənətini təbliğ etməlidir.

- Layihə hansı şəkildə reallaşacaq?

- Belə bir ideyamız var ki, onu dəyirmi masa şəklində təqdim edək. Bu tip verilişlər Moskva kanallarında çox dəbdədir. Yəni əks-fikirli iki insan bir mövzu ətrafında polemika aparır nəticədə doğan fikir ortalığa çıxır. Bakıda artıq caz musiqisi ilə maraqlanan orta yaşlı, musiqini anlayan təbəqə yetişib. Amma efir üçün müəyyən səbəblərdən hələ hazır deyil.

 

Paritet.- 2006.- 11-15 noyabr.- S. 11.