“Poeziyada əruz vəznindən istifadə edilmir”

 

Mərahim Fərzəlibəyov dünyada ilahi platonik

eşq münasibətinin bayağılaşmasından narahatdır

 

Akademik Milli Dram Teatrı 134-cü teatrmövsümündə yeni əsərlərlə tamaşaçılarının görüşünəgəlib. Bu əsərlərdən biri Mirmehdi Seyidzadənin müxtəlif əsərlərinin sintezi əsasında hazırlanmış iki hissəli mənzum məhəbbət dramı "Füzuli Əsmər"dir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun sözlərinə görə, "Füzuli Əsmər" M.Seyidzadənin mənzum dramları, həmçinin şeir qəzəllərinin səhnə variantı əsasında araya-ərsəyə gəlib. Rejissor mərhum şairin oğlu Elçinlə bu mövzuda xeyri yaradıcılıq söhbətləri etdiyini dedi.

Ümumiyyətlə, M.Fərzəlibəyovun son dövr yaradıcılığında oxşar mövzulu, süjetli əsərlərin sintez olunaraq səhnə biçimi tapması uğurlu alınır. Bu sırada "Misir gecələri" tamaşasını da həmin siyahıya əlavə etmək olar.

Sonuncu tamaşada isə "Leyli Məcnun" poemasının təsiri sezilir. Əsərin adı təsadüfi seçilməyib. M.Fərzəlibəyov deyir ki, əgər Füzuli "Leyli Məcnun" kimi bir əsər yazıbsa, deməli, özü belə bir ilahi eşq yaşayıb. M.Fərzəlibəyov bu gün Azərbaycanda, ümumən dünyada ilahi, platonik eşq münasibətinin bayağılaşmasından narahatlığını gizlətmədi. Bu tipli əsərlərin səhnələşdirilməsini xüsusən gənc nəsil üçün zəruri hesab edən rejissor: "İndi təəssüf ki, poeziyada əruz vəznindən istifadə olunmur. Qəzəl janrına ciddi münasibət səngiyir. Bu baxımdan gənclərimizin bu tipli tamaşalara meyilləndirilməsi çox vacibdir. Teatrın məqsədi insanları mənəvi cəhətdən zənginləşdirməkdir. İnsan bilməlidir ki, əsl sevgi necə olur" - deyə rejissor qeyd etdi.

Sonuncu tamaşasında Qara Qarayevin, Fikrət Əmirovun Cahangir Cahangirovun əsərlərindən istifadə edən rejissor teatr əsərində peşəkarlardan ibarət heyətin adının hallandırıldığını dedi. Növbəti tamaşalarınında da bu ənənəsini qoruyacaq rejissor yeni səhnə əsəri üzərində işlədiyindən xəbər verdi. Lakin təfsilatı ilə o, əsər təsdiq olunduqdan sonra danışacağını qeyd etdi.

 

Kaspi.-2006.-17-20 noyabr.-S.8.