İslam Ölkələri Təhsil, Elm

Mədəniyyət təşkilatınm nümayəndə

heyəti ölkəmizə rəsmi səfər edib

 

Noyabrın 23-də Doktor Əbdüləziz bin Osman əl-Tuveyeri başda olmaqla İslam Ölkələri Təhsil, Elm Mədəniyyət təşkilatının (İSESKO) nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya İSESKO-nun "Sivilizasiyaların dialoqu səfiri" adının verilməsi, professor Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" əsərinin qeyd edilən təşkilat tərəfindən tərcümə çap edilmiş nüsxəsinin təqdimatı, habelə, Bakı Dövlət Universitetində İSESKO-nun kafedrasının açılışı gözlənilir.

Səfər noyabrın 26-dək davam edəcək.

 

Azərbaycan müəllimi.- 2006.- 24 noyabr.- S. 4.