Samirə

Sankt-Peterburq mədəniyyət günləri

 

NOYABRIN 28-dən dekabrın 2-dək Bakıda Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun mədəniyyət günləri keçiriləcək. "Azərbaycanda Rusiya ili"nin yekun tədbiri sayılan mədəniyyət günləri ilə əlaqədar olaraq şəhərimizə Sankt-Peterburq bələdiyyəsinin mədəniyyət məsələləri üzrə komitəsinin sədri Nikolay Burovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti gələcək. Mədəniyyət turizm naziri Əbülfəz Qarayevlə görüşdən sonra noyabrın 18-də "Dəbdəbəli Peterbyurq" adlı fotosərginin açılışı olacaq. Noyabrın 28-də həmçinin Marlinsk teatrının artistlərinin çıxışları, noyabrın 29-da həmin teatrın truppasının təqdimatında "Don Kixot" baleti olacaq. Noyabrın 29 30 da kino-teatrlarımızda "Lenfilm"in istehsalı olan "İtaliyalı" "Uşaqlığımın mifləri" filmləri nümayişlənəcək.

 

Həftə içi.- 2006.- 28 noyabr.- S. 8.