Misir incəsənət ustalarının konserti

 

Noyabrın 21- Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ölkəmizdə Misir Ərəb Respublikası mədəniyyəti günləri çərçivəsində konsert olmuşdur.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev respublikamızın mədəni əlaqələrinin ilbəil genişləndiyini, hazırda Azərbaycanda Rusiya İlinin, eləcə bu yaxınlarda Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini bildirmişdir. Nazir demişdir ki, keçən ilin noyabrında Misirdə Azərbaycan mədəniyyəti günləri böyük müvəffəqiyyətlə keçmişdir. İnanıram ki, ölkəmizdə Misir mədəniyyəti günləri yüksək səviyyədə keçəcək, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaqdır. Bu gün biz artıq bir Misir filminə baxmışıq, həmçinin Bədii Sərgi Salonunda dost ölkə rəssamlarının əsərləri ilə tanış olmuşuq.
Misir Prezidenti Məhəmməd Hüsni Mübarəkin Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını gətirdiyini bildirən mədəniyyət nazirinin birinci müavini Ənvər Məhəmməd İbrahim ölkələrimizin bir-biri ilə sıx bağlılığını, yaxınlığını diqqətə çatdırmışdır. Ölkəsində keçirilmiş Azərbaycan mədəniyyət günlərinə toxunan natiq bildirmişdir ki, biz sonsuz həvəslə həzzlə sizin musiqiyə qulaq asdıq, incəsənətinizlə tanış olduq. Əminəm ki, Azərbaycanda da Misir mədəniyyəti günləri uğurla keçəcəkdir. Çünki Azərbaycan xalqı Misir kinosunu, musiqisini çox sevir.
Sonra Misir incəsənət ustalarının tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış konserti olmuşdur.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdəki diplomatik korpusun nümayəndələri konsertdə olmuşlar.

Xalq qəzeti.- 2006.- 22 noyabr.- S. 4.