Misir mədəniyyət günlərinin iştirakçıları rəsm sərgisində olmuşlar

 

Noyabrın 21-də Bədii Sərgi Salonunda Misir rəssamlarının əsərlərinin sərgisi açılmışdır.
Qonaqları salamlayan mədəniyyət turizm naziri Əbülfəs Qarayev ilk dəfə keçirilən bu sərginin ölkələrimizin incəsənət sahəsində əlaqələrinin genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Misir İncəsənət Mədəniyyət Akademiyasının rektoru Əsməd Əli Yahya, gənc rəssam Yaser Mangi Misirin ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi sərginin ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə kömək edəcəyini bildirmiş, bu cür tədbirlərin hər iki ölkədə keçirilməsinin vacibliyini vurğulamışlar.
Qonaqlar Misir mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar sərgidə Misirin 9 rəssamının qrafika boyakarlıq janrlarında 20-dək əsəri ilə tanış olmuşlar. Rəsm əsərlərində Misirin tarixi, müasir mədəniyyəti yeni çalarlarda əks olunmuşdur.

 

Azərbaycan.- 2006.- 22 noyabr.- S. 3.