Rasimoğlu A.

Atilla İlhan anıldı

 

 Dünən  M.F.Axundov  adına Dövlət Kitabxanasında ötən ilin  oktyabrında  dünyasını dəyişmiş müşavirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan M.F.Axundov adına kitabxananın müdiri Kərim Tahirov Türkiyə Cümhuriyyətinin tarixinə ekskurs edərək Mustafa Kamal Atatürkün öz xalqı qarşısındakı xidmətlərindən söhbət açdı. Türkiyənin müasir iqtisadi inkişafının təmin olunmasında Atatürk ideyalarının böyük rol oynadığını bildirən K.Tahirov onun öz ölkəsini böyük zəhmət bahasına dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxardığmı önə çəkdi: "Yetmiş illik sovet rejimi dövründə Türkiyənin müasir ədəbiyyatı ilə tanış olmaq imkanlarımız məhdud idi. Lakin indi vəziyyət tamamilə başqa cürdür. Biz Axundov kitabxanasının 700 ən yaxşı kitabını seçmişik. Həmin kitablar Türkiyəyə göndəriləcək. Qarşı tərəf eyni zamanda öz müasir kitablarını bizə təqdim edəcək. Mən dekabrda Ankaraya gedəcəyəm. Biz internet vasitosilə müasir türk ədəbiyyatı nümunələri ilə tanış olacağıq". Türkiyənin respublikamızdakı səfirliyinin mədəniyyət tanıtım müşaviri Fəthi Gədikli türk yazıçısı Atilla İlhanın həyat yolundan söhbət açaraq onunla bağlı xatirələrini bölüşdü. Şair Tofiq Abdin titik həmkarı ilə görüşü haqda danışaraq bu cür tədbirlərin keçirilməsi zəruriliyinə toxundu.

 

Həftə içi.- 2006.- 1 noyabr.- S. 8.