Xəzər İnteqrasiya İşgüzar Klubunda maraqlı görüş

 

Noyabrın 14-də “Excelsior” hotelində Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) üzvləri Azərbaycan Prezidentinin İcra Aparatı informasiya resursları texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə ilə görüşmüşlər.
Klubun prezidenti Telman Əliyev qurum haqqında toplantı iştirakçılarını məlumatlandırdıqdan sonra sözü Elmir Vəlizadəyə vermişdir.
E.Vəlizadə qeyd etmişdir ki, belə tədbirlər Azərbaycanda rabitə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin dövlət qurumları, o cümlədən dövlət təmsilçiləri ilə görüşlərinin keçirilməsinə onlarla fikir mübadiləsi aparılmasına şərait yaradır. O bildirmişdir ki, 2003-cü ildən Azərbaycanda rabitə informasiya texnologiyalarının inkişafı sahəsində yeni dövr başlanmışdır. Həmin ilin fevralında ümummilli liderimiz Heydər Əliyev bu sahədə milli strategiyamıza imza ataraq ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına dair ilkin sənədi açıqlamışdır. Bu, olduqca əhəmiyyətli, rabitə informasiya texnologiyalarının yaxın illərdəki perspektivini, ümumilikdə isə ölkənin inkişafını müəyyənləşdirən bir sənəd oldu. Son illərdə isə ölkəmizin Prezidenti İlham Əliyevin atdığı addımlar bu sahənin inkişafına yeni təkan verdi.
Natiq daha sonra 2004-cü ildə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması ilə həm rabitə, həm informasiya texnologiyalarının uzlaşdırıldığını qeyd etmiş, son üç ildə bu sahədə qəbul olunan müvafiq qanunları xatırlatmış, ötən ilin oktyabrında milli strategiyanın həyata keçirilməsini təmin edən Dövlət proqramının fəaliyyətə başladığını söyləmişdir.
E.Vəlizadə bu il Bakıda “Bakutel–2006” XII beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisinin keçirilməsini həmin sahədə görülən işlərin zirvəsi kimi xarakterizə etmiş, sərginin açılışında Prezidenti İlham Əliyevin çıxışında informasiya kommunikasiya texnologiyaları sahəsinin neft sahəsi kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulamasını yada salmışdır. Çıxışının sonunda o, bütün bunların sahə ilə məşğul olanların hamısının üzərinə böyük məsuliyyət qoyduğunu qeyd etmişdir.
Sonra Elmir Vəlizadə iştirakçıların suallarına cavab vermişdir.
Axırda Xəzər İnteqrasiya İşgüzar Klubuna yeni üzv seçilən şirkətlərin nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur.

 

Xalq qəzeti.-2006.-15 noyabr.-S.6.