Kamal Mustafa

 

İnformasiya-telekommunikasiya sahəsinin yeni perspektivləri

 

ABŞ bu sahədə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

Son illər uğurla davam etdirilən sosial-iqtisadi tərəqqi belə deməyə əsas verir ki, ölkəmiz özünün sürətli inkişaf tempinin yeni mərhələsinə qədəm qoyubdur. Respublikamızın regional qlobal layihələrdə iştirakı daha da genişlənməkdə, əhalinin rifah halı yaxşılaşmaqdadır. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın milli maraqlarına, onun beynəlxalq aləmdə nüfuzunun artmasına, dinamik keyfiyyətli inkişafına hesablanmış iqtisadi siyasət strategiyasının inamla həyata keçirildiyini bariz nümayiş etdirir. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Ann Ders informasiya-kommunikasiya sahəsində respubiikamızda əldə olunan nailiyyətlərə yüksək qiymət verərək ölkəsinin bu sahədə dövlətimizlə əlaqlərinin daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. Caspian Amerikan telecom (CATEL BM)-un baş direktoru Sadıq Hümbətovun əməkdaşımızla söhbəti Azərbaycanla ABŞ arasında informasiya telekommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti gələcək perspektivləri barəsindədir. Oktyabrın 3-dən 6-dək Bakıda yüksək səviyyədə keçirilən XII beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgi konfransının mühüm siyasi iqtisadi əhəmiyyət daşıdığını qeyd edən Sadıq müəllim onu da əlavə etdi ki, ölkəmizin beynəlxalq arenaya inteqrasiya olunmasında belə tədbirlərin mütəmadi keçirilməsi olduqca vacibdir. Bu cür tədbirlərdə dünyanın aparıcı şirkətləri ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi aparılmaqla yeni layihələrin əsası qoyulur. O dedi:

- İnformasiya telekommunikasiya sahəsində ölkəmizə marağın artmasının səbəbləri var. Belə ki, hələ 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə informasiya telekommunikasiya texnologiyaları üzrə milli strategiya təsdiq edilmişdir. Bu sahəyə dair bir sıra qanunlar qəbul olunmuş, qanunvericilik bazası möhkəmləndirilmişdir. CATEL-in timsalında deyə bilərəm ki, ötən illər ərzində bu sahədə çox böyük işlər görülübdür. Artıq ən müasir texnologiyalar Azərbaycana gətirilir, burada uğurla tətbiq olunur. Bu sahədə Azərbaycana sərmayə qoymağa maraqlı olan şirkətlərin sayı artır. ABŞ kimi nəhəng dövlətin bu sahədə ölkəmizə böyük maraq göstərməsi olduqca təqdirəlayiq haldır. Bununla da qabaqcıl texnologiyalar respublikamıza gətiriləcək, telekommunikasiya sahəsində yeni layihələr həyata keçiriləcəkdir. Bu isə özünün iqtisadi inkişafına görə beynəlxalq müstəvidə əlverişli mövqeyə çıxan Azərbaycana əlavə dividendlər deməkdir. Təşkilati dəstəyi CATEL-in olan "Bakutel-2006" XII beynəlxalq informasiya telekommunikasiya texnologiyaları sərgi-konfransında möhtərəm Prezidentimiz İlham Əliyevin çıxış etməsi hərtərəfli inkişafı qarşıya məqsəd qoyan Azərbaycanın qarşılıqlı fayda gətirəcək bütün əməkdaşlığa hazır olduğunu təsdiq etdi. Sərgidə rabitə sahəsində fəaliyyət göstərən onlarca şirkət iştirak edirdi. Onların ümumi fikri belə oldu kl, Azərbaycan informasiya-kommunikasiya sahəsində işini düzgün qurub onun daha da inkişaf etdirilməsi üçün potensial imkanları böyükdür. Bu potensialdan maksimum istifadə edib yüksək nəticələr əldə edilməsi üçün informasiya kommunikasiya texnologiyaları sahəsində kadr bazası yaradılmışdır. Ölkəmizin gələcəkdə digər ölkələr üçün bu sahədə kadr hazırlamaq imkanı var. Məhz bu baxımdan da Azərbaycanın bu sahədə təcrübəsi olan ölkələrlə, eyni zamanda ABŞ-la əməkdaşlığı genişləndirməsi lazımdır. Onu da qeyd edim ki, sərgi-konfransdan öncə informasiya kommunikasiya texnologiyaları sahəsində ABŞ-Azərbaycan arasında biznes əlaqələrini genişləndirmək məqsədi daşıyan forum keçirilmişdir. Forumda qarşılıqlı maraq doğuran bir sıra məsələlər təhlil olunmuşdur. Yeri gəlmişkən, onu da əlavə edim ki, Azərbaycan Respublikası ilə ABŞ arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək hökumətlərarası rəsmi sənəd-anlaşma memorondumu imzalanmışdır. Azərbaycanda isə enerji sektorundan sonra İKT ən dinamik inkişaf edən sahədir. Burada illik artım 35-40 faiz təşkil edir ki, bu da dünya üzrə orta göstəriciləri 2-3 dəfə ötüb keçir. İKT sektoruna ildə 100-150 milyon dollar sərmayə qoyulur. Məhz bu baxımdan da faydalı əməkdaşlığa möhkəm zəmin vardır.

Azərbaycanda İKT-nin inkişafı üçün əlverişli mühit formalaşıbdır. Bu sahədə dövlətin dəstəyi çox böyük əhəmiyyət kəsb edir ölkə başçısı sərgi-konfransda söylədiyi nitqində qeyd etdi ki, bir tərəfdən dövlət dəstəyi, digər tərəfdən İKT üzrə qəbul edilmiş milli strategiyanın nəticəsində, eyni zamanda xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq, yerli sahibkarların bu sahəyə diqqət yetirməsi sayəsində Azərbaycan bu məqsədlərə nail olacaqdır. Prezident İlham Əliyev vurğuladı ki, ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir.

1998-ci ildən fəaliyyətə başlayan müəssisə Bakı şəhəri va ətraf bölgələrdə yüksək keyfiyyətli simsiz rabitə xidmətləri göstərir. CATEL birgə müəssisəsinin xidmətlərindən istifadə edən abonentlər dayanıqlı telefon xidmətlərinə, daha keyfiyyətli səs ötürməsinə, faks sənədlərinin göndərilməsinə, müxtəlif çeşidli əlavə telekommunikasiya xidmətlərinə, internet xidmətinə həmçinin xüsusi xəttin ayrılması ilə bu xidmətin daha sürətlə işləməsinə nail olur. Ucqar telefon rabitəsi olmayan ərazilərdə yerləşən obyektləri simsiz rabitə şəbəkəsinin xidmətləri ilə təmin edirik. Bu məqsədlə CATEL BM-in xidmət ərazisinə daxil olan abunəçi ünvanında müəssisənin əmlakı olan fərdi qurğular quraşdırılır. Yerli telefon şəbəkəsində simsiz rabitə vasitəsi ilə İSDN 128 kbt xidmətindən istifadə etməyi təmin edirik. Rabitə tez-tez yeniləşən, daim inkişaf edən sahə olduğu üçün biz daim çevik fəaliyyətə səy göstəririk. Bu məqsədlə regionlarda da CDMA mobil rabitə xidmətləri verməyi nəzərdə tutmuşuq ki, bu istiqamətdə artıq bir sıra uğurlar əldə olunubdur. 2003-cü ildə Sumqayıt şəhərində simsiz baza, stansiyası quraşdırılmışdır hazırda bu şəhərdəki abonentlərimiz bizim xidmətimizdən istifadə edə bilir. CATEL BM Azərbaycanda ilk simsiz telefon şəbəkəsi quran operatordur. Onun təsisçisi telekommunikasiya sahəsində böyük nüfuza malik Amerika şirkətidir. Müəssisənin açılış mərasimində ulu öndərimiz Heydər Əliyev iştirak çıxış etmişdir. Məhz bu müəssisənin fəaliyyətə başlaması ilə ABŞ-la Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlığın əsası qoyulmuşdur. Ötən illər ərzində həyata keçirdiyimiz layihələr sayəsində əldə etdiyimiz nailiyyətlər inamla deməyə əsas verir ki, CATEL öz missiyasını addım-addım yerinə yetirməkdədir. Artıq Gəncə Nabranda da baza stansiyası qurulub istismara hazırdır. Abonentlərə xidmət səviyyəsini yüksəltmək məqsədilə yeni xidmət mərkəzləri fəaliyyətə başlamışdır. Belə mərkəzlərdən Bakı şəhərində analoqu olmayan xidmət mərkəzini xüsusi qeyd etmək lazımdır. Perspektivdə yeni layihələrimiz var. Müasir dövr dövlətlərin iqtisadi qüdrəti onun informasiya-telekommunikasiya sahəsində əldə etdiyi uğurlarla ölçülür. Bu mənada CATEL BM-in həyata keçirəcəyi hər bir yeni layihə Azərbaycanın telekommunikasiya məkanına töhfə olacaqdır.

 

Respublika.- 2006.- 19 noyabr.- S. 6.