Qocayeva A.

 

Milli mədəniyyətimizin keşiyində

 

Milli dəyərlərə hörmətlə yanaşan, ondan bəhrələnərək gələcəyini quran xalq ölməzdir, əbədidir. Bu mənada Azərbaycan xalqının çox zəngin tarixi keçmişə söykənən milli-mədəni irsi bu irsi qoruyaraq təbliğ inkişaf etdirən vətənpərvər oğulları var. Bunlardan biri Milli Mədəniyyətin Təbliği M’rkəzinin rəhbəri Arif Mədətovdur.

- Arif müəllim, Milli Mədəniyyətin Təbliği Mərkəzini hansı zərurətdən yaratdınız onun məqsədi, məramı n’dən ibarətdir?

- Mən hələ mühazirəçi müəllim kimi respublikamızın ayrı-ayrı bölgələrində olarkən həmin yerlərdə mədəniyyətin, estetikanın çox aşağı səviyyədə olduğunun, milli-mədəni irsə laqeyd münasibətlərin şahidi olurdum bütün bunlar bir vətəndaş kimi məni narahat edirdi. Qədim zəngin tarixə söykənən milli-mədəni irsimizi yaşatmağı, onu təbliğ edərək yeni nəslə çatdırmağı bir məqsəd kimi qarşıya qoydum. Uzun illər qeyri-rəsmi fəaliyyət göstərsək , 2004-cü ildə qeydiyyatdan keçərək bu mərkəzi yaratdıq.

-İlk tədbiriniz olan "Havalansın Xanın səsi" muğam müsabiqəniz 2005-ci ildə bütün respublikaya səs saldı.

-   Muğamlarımız  milli-mədəni sərvətimizin ən dəyərlisi, musiqimizin şahı olduğuna görə ilk tədbirimizi "Havalansın Xanın səsi" adlı muğam müsabiqəsinə həsr etməyi qərara aldıq. Eyni zamanda, bu adda nominant təsis etdik. Münsiflər heyətinə  xalq  artistləri  Əlibaba Məmmədov, Arif  Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev kimi muğam bilicilərini cəlb etdik.

2006-cı ildə mərkəz xalq artisti Firəngiz Mütəllimovanın yaradıcılığının 25 illiyini yüksək səviyyədə həyata keçirdi. Bu yaxınlarda isə məşhur tarzən, xalq artisti Hacı Məmmədovun xatirə gecəsini anşlaqla düzənlədik.

- Arif müəllim, siz həm "Uğur" mükafatının təsisçisiniz. Bu mükafat kimlərə verilir?

-  Mədəniyyət incəsənət sahəsində böyük uğurlar əldə edən şair, yazıçı, jurnalist, teatr xadimi, ifaçılar sənət adamları bu mükafata layiq görülürlər. "Uğur" mükafatına ilk dəfə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun sədri Mehriban Əliyeva layiq görülüb. Muğam irsimizin yenidən xalqımıza qaytarılması sahəsində Mehriban xanımın gördüyü işlər göz önündədir. "Muğam Mərkəzi"nin yaradılması, "Qarabağ xanəndələri" albom-diskinin buraxılması, ustad muğam ifaçılarının Prezidentin fərdi təqaüdünə layiq görülməsi, bir sözlə, muğama onun ifaçılarına dövlət səviyyəsində diqqət qayğı göstərilməsi Mehriban xanımın mədəniyyət sahəsində apardığı siyasətin məntiqi nəticəsidir.

'Milli mədəniyyətin təbliği dedikdə bir xalqın zəngin tarixi mədəniyyətinin bütün sahələrinin təbliği başa düşülür. Siz bu prosesi həyata keçirmək məqsədilə kimi işlər görməyi planlaşdırmısınız?

- Xalqımızın çox qədim milli adət-ənənələri, onların öz əksini tapdığı el şənlikləri mövcuddur bunlardan biri toy mərasimləridir. Ölkəmizdə hər bir bölgənin özünəməxsus toy adət-ənənəsi var təəssüflər olsun ki, bu gün o adətlər millilikdən çıxaraq başqa səmtə yönəlməkdədir. Elə adət-ənənələrimiz var ki, yazılı mənbələrdə onların yalnız adları qalıb bunları yenidən təbliğat yolu ilə xalqın özünə qaytarmaq istəyirik. "Müasirlik" adı altında lüzumsuz “adətlərin” şənliklərinə daxil edilməsi xalqı millilikdən uzaqlaşdırmaqdadır. Bu adət-ənənələrdə xalqımızın milli ruhu yaşayır onları itirmək olmaz. üçün bu gün toy mərasimlərimizdə bəylə gəlinə milliliyimizin nişanəsi olan qılınc, İslamın qalxanı olan müqəddəs "Quran" kitabı, dahi Nizaminin "Xəmsə"si, yaxud nənələrimizin saxlanc yeri olan sandıq bu kimi əşyalar bağışlanmasın? üçün toylarımızda "Süleymani", "Tərəkəmə", "Mirzəyi", "Yallı" kimi gözəl havaların əvəzinə "Hopstop" digər eybəcər əcnəbi estrada musiqiləri səslənməlidir? Müasirliyi nəzərə almaqla milli toy adət-ənənələrimizi bərpa edə bilsək, bu, bizim işimizdə ən böyük uğurlarımızdan birincisi olacaqdır. Qonşu Gürcüstanda bu gün toy mərasimində bəylə gəlinə gürcülərə məxsus milli əşyalar hədiyyə edilir. Biz üçün bu adətimizi bərpa etməyək?!

- Milll geyimlərimiz, din dil məsələləri barədə fikirləriniz...

- Geyimlərimiz çox böyük narahatlıq doğurur. Küçələrdə hicablı qadınlarla bərabər yarıçılpaq qız-gəlinlər addımlayır. Bizlərə o lazımdır, bu, çünki xalqımızın özünəməxsus geyim tərzi , milli mentalitetimiz var.

Bu gün kiçik yaşlı qızları səhnəyə göbəyiaçıq çıxarırlar. Bununla onların valideynləri rəqs müəllimləri demək istəyirlər, heç kəsə məlum deyil. Vaxtilə rəqs paltarlarının eskizlərini məşhur rəssamlar yaxud tanınmış rəqqas rəqqasələr çəkər, bəyəniləndən sonra tikilərdi. Milli geyimlərimizlə bağlı təbliğatımızı gücləndirməliyik.

Fəaliyyətimizin bir sahəsi din dil mədəniyyəti ilə bağlıdır. Biz müsəlman ölkəsiyik dinimiz islam dinidir. Lakin bu gün öz yolundan saparaq vahabiliyi, Yeqova şahidliyini, "Əllilər"i kor-koranə qəbul edən insanlar var biz onlara İslamın gözəl qanunlarını təbliğ etməklə düz yola çəkmək fikrindəyik.

Dil məsələsində daha ciddi mövqe tutacağıq. Azərbaycan dili çox qədim, zəngin ahəngdardır. Ulu öndərimiz Heydər Əliyev birmənalı olaraq bu dili dövlət dili elan edib. Ancaq çox təəssüflər olsun ki, bu gün mədəniyyət sahəsində çalışan insanların bir çoxu əcnəbi dilində danışır bu hal milli mədəniyyətimizə böyük zərbədir, çünki onların düşüncələri elə "ruscadır".

Dahi Üzeyir bəyin əsərləri ona görə uzunömürlüdür ki, onların mayasında xalqımızın adət-ənənəsi, milli ruhu yaşayır. Xalq arasından çıxaraq onun milli-mədəni sərvətini yaradıcılığında qoruyub saxlayan sənətkarın xatirəsi mənsub olduğu xalq tərəfindən yaşanaraq əbədiləşdirilir.

- Milli mədəniyyətin təbliği ilə bağlı sizin yaratdığınız mərkəzin üzərinə böyük vəzifələr düşür.

-  Üzərimizə düşən vəzifələrin məsuliyətini dərk edirik. Onu da bilirik ki, bu məsuliyyəti üzərinə götürən insanların özləri milli adət-ənənələri, milli mədəniyyəti, xalqımızın folklorunu dərindən bilməli, onları müasir zamana uyğunlaşdıraraq təbliğ etməlidir. Bu mənada öz üzərimizdə çox çalışırıq. Milli mədəniyyətimizi dərindən bilən yaşlı qocalardan, folklorşünaslardan, tanınmış sənətçilərdən məsləhətlər almağı özümüzə börc bilirik. Bütün bunlarla yanaşı, mədəniyyət haqqında qanun qəbul edilməli, eyni zamanda bu qanunun icra mexanizmi olmalıdır.

Cəmiyyətdə milli mənəvi milli-mədəni dəyərlərin təbliği əvvəl ailədən başlamalı, sonra isə uşaq bağçalarında, orta ali məktəblərdə davam etdirilməlidir. Orta ali məktəblərin proqramlarına etika, estetika milli mədəniyyətlə bağlı dərslər salınmalıdır.

- Yaxın vaxtlarda kimi tədbirlər planı həyata keçirməyi planlaşdırmısınız?

-   Ustad xanəndəmiz Mütəllim Mütəllimovun xatirə gecəsini, aşıqların respublika müsabiqəsini düzənləməyi planlaşdırmışıq.

 

İki sahil.- 2006.- 3 noyabr.- S. 6.