Gülər

 

Memarlar “Köhnə İnturist”in sökülməsinə təəssüflənirlər

 

Məlum olduğu kimi,  daha bir tarixi-memarlıq abidəmiz – “Köhnə İnturist” də dağıdıldı. 1939-cu ildə istifadəyə verilən abidənin ətrafında kifayət qədər mübahisələr, fikirlər dolaşsa da, bina canını onu dağıtmaq istəyənlərin əlindən qurtara bilmədi və məhv edildi.

Əvvəlki tarixi-memarlıq abidələrinin siyahısında olan yerli əhəmiyyətli “Köhnə İnturist”in ərazisi artıq özəlləşdirilib. Onun yerində yaşayış binasının tikiləcəyi ehtimal edilir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən deyirlər ki, bina özəlləşdirildiyindən bizim sahibkarın işinə qarışmaq ixtiyarımız yoxdur. Baxmayaraq ki, qanuna əsasən, abidəni alan kəs ona toxuna bilməz. Amma abidə sahibi cəsarətli çıxdı. Nəinki ona toxundu, hətta onu tamamilə dağıtdı. Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova deyir ki, bunun qarşısını almaq üçün çox çalışıb. Amma əhəmiyyəti olmayıb: "Köhnə İnturist" köhnə “Azərnəş birgə tikilib. Binanın çox maraqlı fərqli üslubu var. Amma bunu heç kim nəzərə almadı. Bununla bağlı kifayət qədər danışmışam. Amma Azərbaycan elə ölkədir ki, memarın, bir başqasının dediklərinə fikir verilmir. Açıq-aşkar deyirlər ki, "it hürər, karvan keçər". Z.Budaqova yaşayış binalarının əslində şəhərdən kənarda tikilməli olduğunu desə , çoxlarının şəhər mərkəzinə meyl etdiyini bildirdi: "Yaşayış binaları şəhərdən kənarda tikilməlidir. Amma nədənsə hamısı şəhər mərkəzinə meyl edir. Bu isə abidələrimizin məhvi ilə nəticələnir. Amma bu, heç kimin vecinə deyil. Tarixi-memarlıq abidələrimiz məhv edilir". Arxitektura Şəhərsalma Komitəsinin Elmi Tədqiqat İnstitutunun direktoru Akif  Qasımov abidənin çox hüm olduğunu diqqətə çatdırdı: "Abidə sökülməyə layiq deyildi. Onu bəhanə gətirdilər ki, guya uçulub-dağılır. Uçulanı təmir etmək lazımdır. Abidələrin hamısı möhtəşəmdir hər biri Azərbaycan üçün önəmlidir. "Köhnə İnturist" Moskvadakı Mavzoleyin müəllifinin layihəsi idi. Şəhərdə ən görkəmli binalardan sayılan “Köhnə İnturisi hansı səbəblərə görə dağıtdıqlarını aydınlaşdırmaq çətindir. Onu deyə bilərəm ki, buna çox təəssüf edirəm". A.Qasımov İnturisti dağıdanları memarlarla məsləhətləşmək əvəzinə xarici ekspertlərlə hesablaşmaqda günahlandırdı: "Fransız eksperti guya “Köhnə İnturist”ə baxış keçirir. Başa düşmürəm, Azərbaycan abidəsinə niyə başqası qiymət verməlidir? Özü fransız. Onlar ən azı öz memarlarımız arxitektorlarımızla məsləhətləşməliydilər. Bu gün fransızın, sabah almanın, o birisi gün bir başqasının dediyini əsas gətirib bir abidəni məhv edəcəklər. Nəticədə bütün abidələrimiz sıradan çıxacaq". Memarlar İttifaqının sədr müavini Xalid İbrahimov da abidənin çox əhəmiyyətli olduğunu bildirir. Amma məsələylə bağlı bir söz demədi. Çünki abidənin hansı səbəblərə görə dağıdıldığından xəbərsizdir: "Dəqiq bir söz deyə bilmərəm. Düzdü, abidə çox əhəmiyyətli idi. Amma nəyə görə onu dağıtdıqlarını bilmirəm". "Azərmemarlayihə" İnstitutunun direktoru Bəkir Əhmədov da abidənin niyə söküldüyünü aydınlaşdıra bilmir: "Abidənin nəyə görə söküldüyünü heç cür anlaya bilmirəm. Onu deyə bilərəm ki, “Köhnə İnturis memarlıq baxımından çox əhəmiyyətli idi. Həm şəhəri gözəlləşdirirdi. Bunu hər bir vətəndaş təsdiq edə bilər. Yaxşı olar ki, abidənin dağılmasının əsl səbəbi aydınlaşdırılsın".

Son məlumata görə, yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Köhnə İnturis özbaşına dağıdılıb. Çünki bununla bağlı Mədəniyyəl Turizm Nazirliyinə heç bir müraciət olunmayıb. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nazirlik abidənin sökülməsiylə bağlı heç kimə razılıq verməyib. Yəni “Köhnə İnturis özbaşına sökülüb.

 

Olaylar.- 2006.- 2 noyabr.- S. 5.