Mükərrəmoğlu Mehdi

 

Hər rəngin öz dünyası

Maral Rəhmanzadə - 90


Bu böyük rəssamın əsərlərini bütövlükdə sərgiləmək mümkün olsaydı, bütöv Azərbaycanın mənzərəsi yaranardı.
Maral xanımın yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin məhsuldar bir dövrünə təsadüf edir. O, bu məktəbin yaradıcılarından biridir.
Bakıda doğulub. Gözünü dünyaya açanda bu dənizin, bu şəhərin bir-birini tamamlayan rənglərini görüb. Bakı kəndlərinin zəhmətsevər, mərd insanları, buranın təmiz havası balaca Maralın ruhunda, qəlbində gözəl hisslər yaradıb.
Maral xanım deyir ki, uşaqlıq illərindən cızmaqara etməyi xoşlayardı. Çəkdiyi rəsmlər bəzən xoşuna gəlməyəndə küsərdi, bir neçə gün əlinə karandaş götürməzdi. Bu balaca qızın cızmaqaraları, çox keçmədi, valideynlərinin, müəllimlərinin diqqətini çəkməyə başladı. “Bu qızın, deyəsən istedadı var” — deyənlər oldu. Balaca Maral isə artıq kiçik tablolar işləməyə başlamışdı. Məktəbin divarlarında onun rəsmləri görünəndə artıq bu qızarəssamdeməyə başladılar.
O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alanda burada çox görkəmli sənətçilərlə görüşdü. Ən əsası isə Səttar Bəhlulzadə ilə tanışlığı oldu. Elə onunla birgə Moskva Rəssamlıq İnstitutuna təhsil almağa yollananda da çoxları güman etmirdi ki, Maral xanım böyük rəssam ola biləcək.
Moskva Rəssamlıq İnstitutunda nəhəng sənət korifeylərindənRadlov, Moor Kravçenkodan dərs aldı. Daha doğrusu, rənglərindiliniöyrəndi, yeni-yeni əsərlər yaratdı.
Maral Rəhmanzadə haqqında elə bir ciddi tədqiqat əsərinin olmaması bu gün onun həyat sənət yolunu izləməyi çox çətinləşdirir. 1962-ci ildə Ə. YusifliMaral Rəhmanzadəadlı kiçik bir monoqrafiya yazmış 1970-ci ildə M. Nəcəfov rus dilində eyniadlı kitabı nəşr etdirmişdi. Amma bu kitablar yetmiş ildən çox yaradıcılıqla məşğul olmuş, əsərləri ən nüfuzlu muzeylərin eksponotlarına çevrilmiş bir sənətkar ömrü üçün, əslində, kiçik qeydləri xatırladır.
Bu böyük sənətkar təhsildən qayıtdıqdan sonra yaradıcılığının çox məhsuldar dövrünü yaşamağa başlamışdı. Hələ diplom işiniKöhnə yeni Azərbaycanadlandıran gənc rəssam doğma torpağın bütün rənglərini öz əsərlərinə gətirməyə çalışırdı. Onun diplom işinə baxandan sonra akademik İ. Qrabar demişdi: “Bu qız çox məşhur bir rəssam olacaq”. Maral xanım, doğrudan da əslxalq rəssamıoldu.
Maral xanım qrafika, rəngkarlıq litoqrafiya sahəsində uğurlu axtarışlar apardı. Az keçmədi ki, yüksək məfkurə emosional qüvvəyə malik əsərləri ilə respublika ittifaq əhəmiyyətli sərgilərdə iştirak etdi.
Rəssam ilk növbədə sadə zəhmət adamlarını öz tablolarının qəhrəmanı seçirdi. Onun qəhrəmanları əzmkardır, mübarizdir, daxillərində yaratmaq həvəsi aydın duyulur. Bəlkə , Azərbaycanda az rəssam tapılar ki, əsərlərində Xəzər, onun əsrarəngiz gözəlliyi öz əksini tapmamış olsun. Amma Maral xanımınXəzər”inin özgə bir gözəlliyi var. O, qənirsizgözəldir”. O, Azərbaycanın simvolu kimi təsvir olunur.
Maral RəhmanzadəninXınalıqmövzusunda çəkdiyi rəsmlərə tamaşa edən hər kəs bu diyarın sərt təbiətinin heyranı olur. Xınalıq mövzusu rəssamın həvəslə işlədiyi əsərlərdir. Köhnə şəhəradlı bir rəsmi var Maral xanımın. Bu əsərə tamaşa edərkən elə bil İçərişəhərin divarları arasında dolaşırsan. Bu “Köhnə şəhərbizə çox tanışdır. Elə bilirsən ki, indicə keçəcəyin bu küçədə qarşına hansısa tanışın, dostun çıxacaq. Buradakı eyvanlar, yerə döşənmiş daşlar, şüşəbəndlərbir sözlə hər şey bizim milli ruhumuzun daşıyıcısıdır.
Bir qız portreti diqqətimi çəkir. O, azərbaycanlıdır. Əynindəki paltar, sifətindəki doğma cizgilər onun haqqında çox şey danışır. Ümumiyyətlə, Maral xanımın portretlərində o qədər canlı elementlər var ki, elə bilirsən onlar bu sakit, bu dəm tablodan çıxıb səninlə hal-əhval tutacaq.
Maral Rəhmanzadənin yaradıcılığı üçün xarakterik olan cəhətlərdən biri səmimiyyətdir. Onun əsərlərindəki obrazlar, doğrudan da, öz daxili dünyası ilə bizə təqdim olunur biz onların hisslərinin, duyğularının mühitinə düşürük. Hiss edirik ki, onlar səmimi insanlardır. Maral xanımın çəkdiyi illüstrasiyalar neçə-neçə kitabın bəzəyi olmuşdur. C. Cabbarlının, M. F. Axundovun,
S. RəhimovunAzərbaycan xalq nağılları”nın illüstrasiyalarını işləyən rəssam bu əsərlərin ruhunu məharətlə tutur, onların motivini obrazları vasitəsilə açır. Süleyman RəhimovunAynalıəsərinə çəkdiyi illüstrasiyalara tamaşa etdikcə xalq qəhrəmanları Nəbinin Həcərin çox möhtəşəm obrazları diqqəti çəkir.
A.
S. PuşkininYevgeni Oneginpoemasına illüstrasiyasında romantik bir mənzərə ilə üzləşirsən. Əlbəttə, belə misalların sayını istənilən qədər artırmaq da olar.
Ümumiyyətlə, portret janrı Maral xanımın yaradıcılığında çox əhəmiyyətli yer tutur. Natəvanın, Asəf Zeynallının, Puşkinin onlarla digər yazıçı şairlərin portretləri onun fırçasının məhsuludur. Bu portretlərdə nikbin bir ruh var. Onların əksəriyyətində rənglər elə bil danışır, şəxsiyyətin bütövlüyünü tamaşaçıya təqdim edir.
Maral xanım həm məşhur plakat ustası kimi tanınmışdır. Onun plakatlarındakı çağırış dolu notlar tamaşaçını ilk baxışdan özünə çəkir. Xalq hakimləriplakatında təsvir olunan qadın necə qürurludur. Onun simasındakı aristokratlıq, sərtlik bir növ mövzunu tamamlayan elementlərdir. Sovet qadınıplakatında təsvir olunan qadının nikbin əhval-ruhiyyəsi diqqəti çəkir.
Maral xanımın yaradıcılığı çoxsahəlidir. O, rəssamlığın müxtəlif janrlarında qiymətli əsərlər yaratmış bu əsərlər təkcə ölkəmizin deyil, Suriyanın, Livanın, Fransanın, İtaliyanın, Şri-Lankanın, Kubanın digər ölkələrin muzeylərində saxlanılır.
Bu böyük sənətkarın yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Xalq rəssamıkimi fəxri ada layiq görülmüşdür. Maral Rəhmanzadə hazırda Prezident təqaüdçüsüdür.

 Xalq qəzeti.- 2006.- 29 oktyabr.- S. 8.