Vəliyev Y.

 

Milli-mədəni irsimizin

qorunması və təbliğində muzeylərin rolu

 

 Azərbaycan Tarixi Muzeyinin kolleksiyaları xalqımızın tarixi keçmişini, eramızdan əvvəlki dövrü, orta əsrləri, xalqın adət-ənənələrini əks etdirən eksponatlarla zəngindir. Muzeydəki eksponatlar müasirlərimizə əcdadlarımızın həyat tərzi, məşğuliyyəti haqqında zəngin məlumat verir. Azərbaycanın qədim tarixini əks etdirən bölmədə müxtəlif eksponatlar vasitəsilə respublikamızın ərazisində meydana gəlmiş Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası dövlətləri, o dövrim təsərrüfatı, ictimai vəziyyəti, məişəti, mədəniyyəti və s. barədə geniş məlumat alırıq. Orta əsrlər tarixinə aid ekspozisiyada Azərbaycan xalıqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizələr, başqa xalqlarla əlaqəsi, feodal dövlətlərinin tarixi, xalqımızın etnoqrafıya və məişəti, ictimai xadimlər, dövrün elm və mədəniyyətinə aid materiallar nümayiş etdirilir.

Azərbaycan xalçaçılığının tarixi çox qədimdir. Arxeoloji qazıntılar zamanı tapılan parça qalıqları Qafqazda toxuculuğun hələ eneolit dövründə mövcud olduğunu sübut edir.

Qədim azərbaycanlılar toxuma sənətini müxtəlif ot, ağac qabığı və qamışlar üzərində öyrənmiş, zaman keçdikcə daha da təkmilləşdirmişlər. Sonralar əhliləşdirilmiş heyvan yunlarından xammal kimi istifadə edərək müxtəlif çeşnili xalçalar toxumağa başlamışlar.

Əsrlər boyu müxtəlif texnoloji və bədii inkişaf mərhələləri keçirən Azərbaycan xalçaları dünyanın bir çox ölkələrində böyük şöhrət qazanmışdır. Bunun başlıca səbəbi Azərbaycan xalçalarının özünəməxsus orijinal kompozisiyası, simvolik məna daşıyan qədim azərbaycanlıların "heroqlifləri" olan bəzək möcüzələri, habelə insan hisslərini oxşayan rəng koloritidir.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində nümayiş etdirilən xalçalan, kilimlərin, xurcunların üzərindəki nəfis naxışlar öz gözəlliyi, milli koloriti, yüksək sənətkarğı ilə dünya sənətşünaslarını heyran edir. Nənələrimiz, analarımız, qızlarımız sevə-sevə toxuduqları xalçalarda öz təfəkkür və hisslərini insan qəlbini riqqətə gətirən sirli-sehrli əlvan naxışlarda təcəssüm etdirmişlər. Biz bu ecazkar gözəlliyi duyduqca sənətin əbədiliyinə, ölməzliyinə bir daha inanırıq.

Azərbaycan xalçaçılıq sənətinin inkişafında böyük xidmətləri olan Lətif Kərimov özündən sonra misilsiz sənət inciləri qoyub getmişdir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində saxlanılan "Əcəmi", "Xətai", "Əsrlərin nəğməsi" və s. sənət əsərləri boyaların zənginliyi, milli koloriti ilə diqqəti cəlb edir. Neçə yüz il bundan əvvəl Qazaxda, Qarabağda, Təbrizdə, Abşeronda, Şirvanda və başqa bölgələrdə toxunan xalçalar bu gün Amerika, Fransa, Britaniya və Qərbi Avropanın bir sıra muzeylərinin bəzəyidir.

Muzeydə xalça və xalça məmulatları ilə yanaşı misgərlik, zərgərlik və geramika nümunələri, müxtəlif tikmələr və s. nümayiş etdirilir. Muzeyin eksponatların sayı 7 mindən çoxdur.

Azərbaycan Dövlət İncəsənət Muzeyi 1936-cı ildə təşkil edilmişdir. Muzeydəki bədii sənət nümunələrinin sayı 10 mindən çoxdur. Burada Qərbi Avropa, qədim Şərq ölkələri, XIX əsrin ikinci yarısı - XX əsrin əvvələrində yaşayıb-yaratmış rus sənətkarlarının və müasir rəssamların əsərlərinə geniş yer verilmişdir.

Muzeyin ekspozisiyasında Azərbaycan incəsənəti geniş təmsil olunmuşdur. Eksponatlar Qobustan qaya rəsmləri, e.ə. II minilliyə aid keramik qablar, orta əsrlərdə işlənmiş daş heykəl və qabartmalar, Lahıc misgərlərinin əl işləri, müxtəlif tikmələr, ağacoyma və zərgərlik sənəti haqqında geniş məlumat verir.

XIX əsrdə yaşayıb-yaratmış sənətkarlardan Mirzə Qədim İrəvaninin, Ş.Təbrizinin, M.M.Nəvvabın orta əsr minatür rəssamlığından bəhrələnən əsərləri maraq doğurur. Azərbaycan təsviri sənətində realist ənənələrin əsasını qoyan Bəhruz Kəngərlinin və Əzim Əzimzadənin yaradıcılığı ekspozisiyada geniş əks olunmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi musiqi və incəsənət muzeyləri üçün əsas metodiki mərkəzə çevrilmişdir. Bu muzey özünün yüksək səviyyəli ekspozisiyasını yaratmaqla yanaşı milli musiqi alətlərinin toplanması və təbliği sahəsində də xeyli iş görə bilmişdir. Onun böyük bəstəkar Niyazi, pianoçu bəstəkar Vaqif Mustafazadəyə həsr olunmuş xatirə muzeylərindən ibarət fılialları da vardır. Milli musiqimizin təbliği məqsədilə muzeyin xalq çalğı alətləri şöbəsi ardıcıl olaraq diqqətəlayiq tədbirlər keçirir.

Bu yerdə Azərbaycan musiqisinin korifeyi, vokal sənətimizin banisi professor Bülbülün xatirə muzeyinin gördüyü işləri də yüksək qiymətləndirməliyik. Eyni sözü "Koroğlu", "Ər və arvad", "Leyli və Məcnun", "Arşın mal alan" və s. dünya şöhrəti qazanmış əsərlərin muəllıfi Üzeyır Hacıbəyovun ev-muzeyinin keçirdiyi rəngarəng     tədbirlər, toplama və elmi-tədqiqat işləri haqqında da söyləməliyik.              

Hər bir  muzey öz işinə müstəqil və məsuliyyətlə yanaşmalıdır. Heç bir göstəriş  gözləmədən müstəqil  Azərbaycanımızın  gələcəyi,  onun  bütün dünyada tanınması üçün əlindən gələni əsirgəməməlidir. Muzey öz qarşısında duran problemləri həll etmək üçün hər bir çətinliyə sinə gərməli, torpağımız haqqında dəyərli söz deməyi bacarmalıdır (7, s.55).

70 ildən artıq kommunist imperiyasının tərkib hissəsi olan Azərbaycan öz mədəniyyətini, tarixini, elmini, mənəviyyatını və iqtisadiyyatı totalitar rejimin qoyduğu qayda-qanunlar əsasında şərh etməyə məcbur olmuşdur.

Müasirlik pərdəsi altında itaətkarq, mövcud rejimə boyun əymək muzeylərimizin ekspozisiyasının əsas məzmununu təşkil edirdi. Nə qədər ürək ağrıdan fakt olsa da qeyd etməliyik ki, böyük bir millət özünün Rusiya tərəfindən işğalını böyük bayram tədbiri kimi keçirilirdi. Min illərin mübarizə dolu tarixi muzeylərin ekspozisiyasında kölgədə qalır, əvəzində sosalizm yarışı qalibləri, partiya fədailəri ön plana çəkilirdi.

Azərbaycana rəhbərlik edən, uzaqgörən, səriştəli siyasi xadim Heydər Əliyev Respublikanın gələcəyi naminə iş görməyi bacardı. 4 yanvar 1980-cı il tarixdə "Muzeylərdə ideya-siyasi tərbiyə işini daha da yaxşılaşdırmaq haqqında" qərar qəbul edilməsinə nail oldu. İttifaq qarşısında "Mənim millətim var, onun tarixi var" fikrini aşılaya bildi. Olduqca qısa bir müddətdə respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Muzeylərin ekspozisiyasında Azərbaycanın tarixi, müxtəlif siyasi maneələri dəf edilərək göstərilə bildi. Lakin bütün bunlarla yanaşı hər addımbaşı kommunist rejiminin təsiri ekspozisiyalarda hiss olunurdu (6, s.16).

Son zamanlar fəaliyyətlərində müəyyən irəliləyiş hiss edilsə də muzeylərin Azərbaycanın qədim və zəngin tarixə malik abidəlrinin bərpası və mühafizəsi problemlərinin təbliğində hələ də ciddi nöqsanlara yol verilir. Acınacaqlı hal odur ki, öz iş təcrübəsinə görə sayıb-seçilən, zəngin ekspozisiyası və fondu olan muzeylərdə belə bu elmi, tarixi və milli əhəmiyyətə malik problem bəzən ikinci plana keçir.

Unutmaq olmaz ki, hər bir xalq öz tarixinin qədim və zənginliyinə arxalanır. Bu qədim və zənginliyi sübuta yetirən isə ilk növbədə tarix və memarlıq abidələrimizdir.

Abidələrin təbliği olduqca mürəkkəb prosesdir. Uzun illər təqib və repressiyalara məruz qaldığımızdan Azərbaycanın tarixi abidələrinə vurulan zərbə millətin qan yaddaşına çevrilən problemlər toplusu yaratmışdır. Ancaq nə qədər ağır olsa da biz bu missiya həyata keçirməliyik. Tarixi təcrübə də bunu bir daha sübut edir. Belə ki, xalqın uzaqgörən oğullan tarixi abidələrin repressiya burulğanından qorunması yollarında müəyyən işlər görə bilmişdilər. Bir sıra rayonlarda məscid və mədrəsələr, məktəb, klub, kinoteatr, mədəniyyət evi kimi öz fəaliyyətini davam etdirmişdir. Bu da öz növbəsində nəinki həmin abidələrin dağıdılmasının qarşısını almış, həm də onların mühafızəsi üçün şərait yaratmışdır. Bununla yanaşı Azərbaycan rəhbərliyinə yol tapmış erməni ünsürlərinin fəaliyyəti nəticəsində dini xarakter daşıyan abidələr son zamanlara qədər, yəni Azərbaycan müstəqillik əldə edənədək dağıdılmış, məhv edilmiş, ən mümkün variantda isə erməniləşdirilmişdir.

Atəşpərəstlik tarixi abidələrinə vurulan ən ağır zərbə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar son 17 ildə olmuşdur. Erməni qəsbkarları Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, həmin ərazilərdə analoqu olmayan vandalizmə yol vermişlər. Dağlıq Qarabağda Azərbaycanın dünya əhəmiyyətli 13 (6 memarlıq və 7 arxeoloji), ölkə əhəmiyyətli 292 (119 memarlıq və 173 arxeoloji) və yerli əhəmiyyətli 330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ-park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) abidəsi, o cümlədən Şuşa tarix memarlıq qoruğu və Azıx mağarası işğal altında qalmışdır.

Ancaq bu ermənilərin xalqımızın başına gətirdikləri vəhşiliyin tam siyahısı deyil. Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin apardıqla tədqiqatlardan aydın olur ki, müasir Ermənistan ərazisində qədim İrəvan xanlığına aid olan 1585 məscid, 23 mədrəsə-məktəb, Zəngəzur və İçmiəzdin mahallarına aid isə 830 məscid, 1394 mədrəsə-məktəb və külli miqdarda digər mədəniyyət abidələri dağıdılmış, "Cuqa" qəbiristanlığı kimi qədim olan 500-dən çox qəbristanlıq yer üzündən tamamilə silinmişdir.

Bu istiqamətdə gecikmiş də olsaq səhvlərimizi düzəltməli, milli-mədəni irsimizin qorunması və təbliği işini günün tələbləri səviyyəsində qurmalıyıq. Bu mənada, muzeylərimizin üzərinə daha məsul vəzifələr düşür. Onlar ekspozisiyada rayonlarda olan abidələrin rəngli foto-şəkilləri və həmin abidələr haqqında elmi araşdırmalara əsaslanan materiallar, izahlı mətnlər, sitatlar və etiketlər verməlidirlər. Ekspozisiyanın daha zəngin və maraqlı olması üçün abidələrin maketlərini və mulyajlarını yaratmaq xüsusilə zəruridir.

Hər bir muzey işçisi ekspozisiyada abidələri təkcə təbliğ etməklə kifayətlənməməlidir. Mövcud abidələrin mühafizə problemləri, bərpası və bərpa prosesindən fraqmentlər verilməlidir.

Tarixi abidələrin ekspozisiyada təsvir olunmasında millilik, yerin adət və ənənəsi ön plana çəkilməlidir. Bir qayda olaraq qədim Alban məbədlərinin sonralar erməni kilsəsi kimi verilməsinin hər vəchlə qarşısı alınmalıdır.

Hansı bölgədə yerləşməsindən asılı olmayaraq hər bir muzey Qərbi Azərbaycanda, Dağlıq Qarabağda, işğal olunmuş digər ərazilərdə, eləcə də Azərbaycanın Gürcüstan ərazisinə daxil olan abidələrinin təbliğinə xüsusi fıkir verilməlidir. Ermənilər tərəfindən dağıdılmış olan abidələrin əvvəlki görkəmləri ekspozisiyalarda verilməli, mənfur qonşularımızın əsl siması açıqlanmalıdır.

Nəzərə almaq lazımdır ki, muzey işinin əsas sahələrindən olan sərgilərdə abidələrimizin təbliğində daha yaxşı imkanlar vardır. Hər bir muzey öz imkanı daxilində onların təbliğinə dair mövzular müəyyənləşdirməli və bu mövzularda sərgilər təşkil etməlidirlər.

Sərginin texniki quruluşu sadə olmadır. Onları bir yerdən digər yerə daşımaq üçün yük maşınına ehtiyac qalmamalıdır.

Sərginin qabaqcadan mövzusu müəyyənləşdirilməli, mövzunun plan-ssenarisi tərtib edilməlidir.

İlk baxışda sadə görünsə də problemin həllində müharizə və söhbətlərin xüsusi əhəmiyyəti vardır. Çünki hər yazılan söz, ən adi söhbət sonradan millət üçün tale-yüklü məsələnin həllində müstəsna rol oynayır. Odur ki, mühazirə və söhbətlər tam elmi məzmuna, tarixi çalarların araşdılmasına əsaslanmalı və texniki vasitələrlə müşayiət olunmadır. Video çəkilişlərdən, sənədli filmlərdən və internet səhifələrində olan materiallardan itsifadə etmək zəruridir. Bütövlükdə, hər birimiz bu günün ən kiçik imkanlarından belə istifadə edib tariximizin ulu yaddaşını müəyyən etməli, araşdırmalı, öyrənməli və təbliğ etməliyik.

 

Mədəni-maarif işi.- 2006.- № 7.- S. 32-34.