Mədəniyyət Turizm Nazirliyində Görüş

 

İyunun 14-də Mədəniyyət Turizm naziri .Əbülfəs Qarayev Azərbaycanda Rusiya İli çərçiyəsində ölkəmizdə keçirilən Samara vilayətinin mədəniyyət günlərinin iştirakçıları ilə görüşmüşdür.

Nazir ölkəmizdə Rusiya İli çərçıyəsində Samara vilayəti mədəniyyət günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirmiş, mədəniyyətlərin qarşılıqlı zənginləşməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Nümayəndə heyətinin başçısı, Samara vilayətinin mədənıyyət gənclər siyasəti naziri Olqa Rıbakova Bakıda olduqları az müddətdə öyrənməli çox şeylə rastlaşdıqlarmı bildirmişdir. O demişdir ki, Samarada nüfıızlu Azərbaycan diasporu vardır. Başqa millətlərin nümayəndələri kimi, onlar da Samaradakı 'Dostluq klubu"nda öz ölkəsinin əlamətdar günlərini qeyd edir, milli bayramları ilə bağlı müxtəlıf tədbirlər keçırirlər. Samarada yaşayan azərbaycanlılar vilayətin istər mədəni, istərsə iqtisadi həyatında fəal iştirak edirlər. 9 rayonun ikısində milis şöbəsinin rəisi millıyyətcə azərbaycanlıdır.

Görüşdə tərəflər arasında mədəniyyət sahəsində əməkdaşhq haqqmda protokolun imzalanacağı bildırilmışdir.

 

Yaddaş.- 2006.- 17 iyun.- S. 1.