Zəhra

Məşhur cazmen El Cerrou Bakıda konsert verib

 

"Bakı Caz Festivalı-2006"nın üçüncü günü arxada qaldı. Ötən gün gənc cazmenlər Opera Studiyasında konsert veriblər. Proqramı giriş sözü ilə aparıcı Rahib Azəri açaraq, festivalın gedişi barədə danışıb: "Festival geniş dinləyici auditoriyası toplayıb. Mən əminəm ki, festivalın qalan günləri belə uğurla keçəcək".

Daha sonra "Neftçi" fütbol komandasının keçmiş oyunçularından Valeri Hacıyev səhnəyə çıxdı: "Mənim buraya gəlişimin əsas səbəbi odur ki, nəvəm bu gün konsertde iştirak edən gənc cazmenlər sırasındadır. Mən ölkəmizdə keçirilən bu festivalın belə səviyyəli alınmasına çox sevinirəm. Bu tədbirə gənclərimizin daha çox maräq göstərməsi çox sevindirici haldır".

 V.Hacıyev Caz Mərkəzinin direktoru Rain Sultanovun gənc cazmenlərə böyük diqqət ayırmasını yüksek qiymətləndirib: "Rain Sultanov gənclərin məşqləri üçün xüsusi şərait yaradıb. Bu da onların festivala daha ciddi yanaşmalarına kömək edir. Şəhərimizə dünyamn ən məşhur cazmenlərinin dəvət olunması böyük hadisədir".

Sonra isə gənclər öz istedadlarını nümayiş etdiriblər. İsfar Sarabski, İman Bayramlı, Tural Əliyev, Əfqan Rəsulov, Aysel Quliyeva, Seymur Əliyev, Aslan Növrəsli, Zaur Mirzəyev, Fərid Mailov, Samir Əliyev başqalarının çıxışları maraqla qarşılanıb. Qeyd edək ki, adları çəkilən ifaçılar ötən ay Caz Mərkəzi tərəfindən keçirilən müsabiqədə uğurla iştirak ediblər.

Festivalın ən nüfuzlu qonaqları sırasında öndə dayanan dünya şöhrətli musiqiçi El Cerrou artıq Bakıya gəlib. Ötən gün E.Cerrou Heydər Əliyev adına Sarayda konsert verib. Onun növbəti çıxışı bu gün yenə həmin məkanda gerçəkləşəcək.

 

525-ci qəzet.- 2006.- 22 iyun.- S. 7.