Quliyev Adil

 

İnformatika dərslərinin təşkilində müasir informasiya texnologiyalarının rolu

 

Bu gün kompyuterin xalq təsərrüfatının, sənayenin bütün sahələrində və təhsilin bütün mərhələlərində böyük rol oynadığını çox az adam olar ki, başa düşməmiş olsun. Respublikamız müstəqillik əldə edəndən sonra, xüsusi ilə ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra respublikamızın ümumtəhsil məktəblərinin kompyuterləşməsində böyük irəliləyiş yarandı.

Müstəqil ölkəmizdə təhsil sahəsində aparılan islähatlar nəinki pedaqoji texnologiyanın, həmçinin ümumtəhsil məktəblərində müasir informasiya texnologiyalarının - informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə böyük şərait yaradır. Belə ki, bu texnologiyaların tədris prosesinə tətbiqi zamanı vaxt itkisinə yol verilmir, dərslərin canlı keçməsi təmin olunur, təhsilin səmərəliliyi artır, şagirdlərin yaddaşlan formalaşır və s.

Təlim materialını şagirdlərə tam şəkildə çatdırmaq üçün üsul və vasitələr çox olsa da, ancaq tədris edilən materialı şagirdlərə tam mənimsətməkdə, onların dünyagörüşünün artırılmasında və yaddaşlarının möhkəmləndirilməsində müasir informasiya texnologiyalarının (MİT) xüsusi yeri vardır. Baxmayaraq ki, artıq uzun illərdir ki, bir sıra sivil ölkələrdə dərslər bu texnologiyaların (modul tədris, məsafədən tədris və s.) imkanlarından və nailiyyətlərindən istifadə etməklə keçilir. Bu texnologiyaların tədris prosesinə tətbiq edilməsi şagirdlərin keçilən mövzunu yaxşı mənimsəmələrinə geniş şərait yaradır və bu texnologiyalar tədris prosesinin əsas faktorlandan birinə çevrilir.

Təhsilimizi yaxın gələcəkdə inkişaf etmiş dünya ölkələrinin təhsili səviyyəsinə qaldırmağın və bu yüksəlişin            respublikamızın ümumtəhsil məktəblərində İKT - nin müasir tələblərə cavab verən tətbiqindən çox asılı olduğunu yaxşı bilən dövlətimizin başçısı cənab İlham Əliyev vaxtında və çox düzgün olaraq "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommünikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər üçün) proqramı haqqında sərəncam (21 avqust 2004-cü il)" imzalamışdır.

Qeyd edək ki, ümumtəhsil məktəblərində informatika fənnini tədris edən müəllimlərin əsasən gənc olmasını və bu fənnə dair vəsaitlərin demək olar ki, olmamasını nəzərə alaraq onların yararlanması üçün informatika fənnindən bir dərsi nümunə olaraq veririk.

Aydındır ki, müəllim özünün üstünlük verdiyi və bu gün üçün proqressiv sayılan dərs növlərinin tətbiqi vaxtı belə, keçilmiş mövzu bütün şagirdlər tərəfindən eyni səviyyədə mənimsənilmir. Müqayisə üçün bunu qavrama qabiliyyətləri və bilik səviyyələri təxminən eyni olan bir neçə qrupun şagirdləri arasında eyni bir mövzunun tədrisinə tətbiq etməklə təcrübədə yoxlayaq.

Mövzu: "NC sistemində funksional düymələrlə işləmə qaydaları".

Təcrübənin məqsədi : Bir neçə qrupun şagirdləri arasında eyni bir mövzunu iki müxtəlif yolla) müsahibə yolu ilə; b) MİT -i tətbiq etməklə; ; tədris edərkən MİT - in bilavasitə tədris prosesinə tətbiqinin üstünlüyünü göstərmək.

Dərsin tipi: Müsahibə.

Dərsin məqsədi: Şagirdlər funksional düymələrin təyinatını (icra etdiyi vəzifələri) bilməli və kompyutertə işləyən vaxtı onları konkret məsələnin yerirtə yetirilməsinə tətbiq etməyi bacarmalıdırlar.

Təchizat: Əməliyyat sistemi (MS -DOS), Norton Commander örtük proqramı (NC), CD - ROM qurğusu, modul tədris proqramı sistemi yazılmış CD, qulaqcıq, 16 Mbaydant (meqabayt) az olmayan operativ yaddaş (RAM) və tutumu 2 Qbaytdan (qiqabayt) az olmayan sərt disklə təchiz edilmiş kompyuter.

Müəllim keçmiş dərsi hansı səviyyədə mənimsədiklərini yoxlamaq məqsədilə fərdi sorğudan öncə, şagirdlər arasında frontal sorğu keçirir, onlara dərsə dair bir sıra suallar verir, şagirdlərin verdikləri cavablardan asılı olaraq özü üçün qeydlər edir və yeni mövzunun izahı zamanı həmin qeydləri mütləq nəzərə alır.

Frontal sorğu vaxtı müəllimin verdiyi suallara şagirdlər aşağıdakı cavabları verirlər:

Müəllim: - Faylın adı neçə hissədən ibarətdir?

Şagird:  - Faylın adı iki hissədən - faylın məxsusi adından və faylın tipindən (genişlənməsindən) ibarət olur.

Müəllim: - Hansı fayllara sistem faylları deyilir?

Şagird:  - Msdos. sys və lo. sys sistem fayllarıdır.

Müəllim:  - Fayl dedikdə nə başa düşürsünüz?

Şagird:  - Xarici yaddaşda yerləşən və eyni məntiqli struktura malik olan məlumatlar məcmusuna fayl deyilir. Və yaxud fayl diskdə adlandırılmış sahədir.

Müəllim:  - Command. com faylına daxil olan əmrlər necə adlanırlar?

Şagird: -Command. com faylına daxil olan əmrlər daxili əmrlər adlanır. Daxili əmrlərə nümunə kimi Copy, Dir, Rd, Md, Ren, Del/Erase və s. göstərmək olar.

Müəllim:  - MS - DOS əmrlərindən  isfrfadə etməklə inform.txt faylı disketdəki DOS kataloqunda necə yaradılır ?

Şagird:  -MS  -  DOS   əmrlərinin   yazıldığı   sətirdə,

klaviaturdan Copy con A:\ DOS\inform.bct daxil edilir, gözləmə vəziyyətində olan ekranda mətn yığılaraq ya F6 düyməsi, ya da CİTL+Z və ENTER düymələri basılır.

Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə yaratmaq məqsədilə müəllim deyir: - Uşaqlar, biz keçən dərs sizinlə" MS - DOS əməliyyat sisteminin tərkib hissələri və fayllar sistemi haqqında ilkin anlayış" mövzusundan aşağıdakıları öyrəndik:

-          MS - DOS əməliyyat sistemi haqqında ;

-          fayllar və sistem faylları haqqında ;

-          command. com əmr prosessoru haqqında.

Kompyuterlə dialoq yaratmaq üçün bu vaxta qədər öyrəndiyimiz MS - DOS əməliyyat sisteminin əmrləri prinsipcə kifayət edir. Lakin əvvəlki dərslərdən bildiyimiz kimi praktik cəhətdən bu iş çətin və yorucudur. İstifadəçidən kataloqların strukturu və hansı faylların hansı kataloqda yerləşməsi barədə dəqiq məlumat, habelə əmrləri daxil edərkən onların formatlarına ciddi riayət etmək tələb olunur. Bu qəbildən olan çətinlikləri aradan qaldırmaq və istifadəçi ilə kompyuter arasında dialoqu asanlaşdırmaq, onu daha da əyani və asan icra oluna bilən etmək üçün müxtəlif örtük proqramları vardır ki, onlardan biri və ən populyarı Norton Commander örtük proqramıdır. Bu proqramın çoxlu sayda müxtəlif funksiyaları vardır və onlardan ən önəmlisi funksional düymələr vasitəsi ilə fayllar, kataloqlar, disklər və s. üçün nəzərdə tutulmuş əmrlərin yerinə yetirilməsidir.

Yenl dərsin izahına başlayarkən müəllim mövzunun geniş və çətin olduğunu nəzərə alaraq onu aşağıdakı plan üzrə bölür:

a)         Adi rejimdə funksional düymə llə (Ft - F10) işləmə qaydalarını    kompyuterdə icra    etməklə şağirdlərə izah etmək;

b)         Adi rejimdə [ALTJ düyməsini basmaqla funksiyası dəyişilmiş funksional düymələrin işi haqqında kompyuterdə icra etməklə şagirdlərə məlumat vermək:

Bu plana əməl etməklə müəllim dərsi izah edir və yeni dərsin şagirdlərin yaddaşlarında möhkəmləndirilməsi məqsədi ilə tədris edilən mövzuya dair onlara aşağıdakı sualları verir:

Müəllim: -Kataloq nədir və onu NC sistemində necə yaradırlar?

Şagird:  - Faylların saxlandığı yer kataloq adlanır. F7 düyməsini bassaq, ekranda  kataloqun adını tələb edən panel yaranır ki, yeni yaradılan kataloqun adını oraya yazıb ENTER düyməsini basırıq.

Müəllim: - NC sistemində disklərə necə keçirlər?

Şagird: - Sol panel üçün ALT+F1, sağ panel üçün isə ALT+F2 düymələrini bassaq, ekranın solunda və ya sağında disk qurğularının məntiqi adlarını göstərən panel yaranır ki, ya mousla, ya da kursoru idarə edən düymə  (idarəetmə düyməsi)  vasitəsi ilə markeri tələb olunan disk qurğusunun üzərinə qoyub ENTER basırıq.

Müəllim: - Fayllar diskdə necə axtarılır?

Şagird: - ALT+F7 yerinə yetirilir, alınmış panelə faylın adı yazılıb START düyməsi basılır.

Müəllim yeni mövzunu yekunlaşdırmaq məqsədilə "kimə nə aydın deyil" sualı ilə sinfə müraciət edir və şagirdlər tərəfindən verilməsi mümkün olan suallan aşağıdakı kimi cavablandırır.

Şagird: - Əməli yaddaşın bufer hissəsində ən çoxu neçə proqram adı saxlanılır. Bu proqramların siyahısına necə baxılır və onları təkrar necə icra edirlər.

Müəllim: - Əməli yaddaşın bufer deyilən hissəsində DOS əmrlərinin yazıldığı sətir vasitəsi ilə yüklənmiş 16 - dək proqramın adı saxlanılır ki, CTRL+E düymələri ilə sonuncu yüklənmiş proqramın adını əmr sətrinə qaytarmaq      ALT+    F8   düymələri   ilə   bu proqramların     siyahısına     ekranda     baxmaq mümkündür. Bu siyahıdan lazımi proqramı seçib ENTER bassaq, həmin proqramı təkrar icra edə bilərik.

Şagird:  - Faylı bir diskdən digər diskə başqa adla necə köçürürlər?

Müəllim: -F5   düyməsini   basırıq,   alınmış   paneldə qurğunun məntiqi adını və yeni adla köçürmək istədiyimiz   faylın adını göstərərək ya OK, ya da ENTER basırıq.

Şagird: - Faylı bir diskdən digər diskə başqa adla necə daşıyırlar?

Müəllim:  -F6   düyməsini   basırıq,   alınmış   paneldə qurğunun  məntiqi adını və yeni adla daşımaq istədiyimiz  faylın adını göstərərək ya OK, ya da ENTER basırıq.

Müəllim keçmiş və yeni möyzuya dair öyrəndiklərini kompyuterdə yerinə yetirmək üçün şagirdlərə aşağıdakı praktik işləri verir.

-          MS - DOS-un daxili əmrtərinin köməyi ilə fayl necə yaradılır?

-          MS - DOS-un daxili əmrlərinin köməyi ilə kataloq necə yaradılır?

-          MS - DOS-un daxili əmrlərinin köməyi ilə disketdə  olan bütün fayllar sərt  diskə necə köçürülür?

-          Faylı necə sıxırlar?

-          Sıxılmış faylı necə açırlar?

-          Alternativ redaktorun işləməsi üçün nə etmək lazımdır?

          İstifadəçinin menyusu necə yaradılır?

Yuxarıda göstərdiyimiz kimi,  keçmiş dərskı frontal sorğusu və fərdi sorğu vaxtı məlum olur ki, şagirdlərin bəziləri mövzunu ya zəif mənimsəyiblər, ya da heç məhimsəməyiblər. Elə buna görə də müəllim şagirdlərin hər birinin dərsi mənimsəmə xüsusiyyətini dərindən bilməlidir. Əlbəttə, bu iş müəllimdən böyük pedaqoji ustalıq və məharət tələb edir. Şübhəsiz ki, müəllim mövzunu zəif qavrayan və ya heç qavramayan şagirdlərə fərdi yanaşmaqla, əlavə vəsaitlərdən, didaktik və psixoloji imkanlardan istifadə etməklə mövzunu mənimsədir. Ancaq bu zaman kifayət qədər vaxt itkisinə yol verilir, dərsin səmərəliliyi aşağı düşür və s. Halbuki, müəllim MİT-i adı yuxarıda çəkilən fənnin tədrisi prosesinə tətbiq etdikdə keçilən mövzu bütün şagirdlər tərəfindən yaxşı və yüksək səviyyədə mənimsəniləcək, onların yaddaşları inkişaf edəcək və estetik zövqləri formalaşacaqdır. Müsahibə zamanı müəllim əmin olacaqdır ki, bütün şagirdlər vaxt itkisinə yol vermədən mövzunu tam mənimsəmişlər və dərsin səmərəliliyi artmışdır.

Ümumtəhsil məktəblərində informasiya texnologiyalarının nailiyyətlərinin informatika fənninin tədrisi prosesinə tətbiqi dərsin keyfiyyətini yüksəltmək, şagirdlərdə öyrəndikləri fənnə maraq aşılamaq üçün zəruri komponentlərdən biri və ən əsasıdır.

Ümumiyyətlə, MİT şagirdin qavrayış fəaliyyətinin keyfiyyət baxımından səmərələşdirilməsi üçün obyektiv zəmin yaradır. Müəllim-şagird-kompyuter iş birliyinin işgüzar əlaqələri yaranır və bu zəmində MİT pedaqoji texnologiyanın ayrılmaz struktur komponentinə çevrilir.

Kompyuter texnikasından və kompyuter tədris proqramlarından istifadə etməklə qazandığımız iəcrübə informasiya texnologiyalarının nailiyyətlərindən tədris prosesində istifadənin üstünlüyünün hədsiz olması qənaətinə gətirir.

İnformasiya və kommunikasiya texnologiyalarının nailiyyətlərinin tədris prosesinə tətbiqinin zamanın tələbindən yaranan zəruriyyət olduğunu və informasiya cəmiyyətinə gedən uğurlu yolun məhz ümumtəhsil məktəblərində tədris edilən informatika fənninin tədrisindən başlandığını desək, qətiyyən yanılmarıq.

Ümumtəhsil məktəblərində informatika fənnini tədris edən müəllimlərimiz danılmaz bir həqiqəti -informatika fənninin keyfiyyətli və səmərəli tədrisinin informatika dərslərinin düzgün təşkili yollarından (müəllimin istifadə etdiyi mütərəqqi üsul və vasitələrdən, kompyuter texnikası və kompyuter proqramlarından professionallıqla istifadədən və digər faktorlardan) asılı olduğunun zəruriliyini mütləq bilməlidir.

Beləliklə, yuxarıda MİT-in nailiyyətlərinin ümumtəhsil məktəblərində infprmatika fənninin tədrisi prosesinə tətbiqinin üstünlükləri haqqında dediklərimizi ümumiləşdirərək aşağıdakı qənaətə gələrik:

          təlim materialının şagirdlərə izahı zamanı müəllimin əməyi yüngülləşir;

          vaxta qənaət edilir, vaxt itkisinə yol verilmir;

          şagirdləri təlim materialını mənimsəmələrində diqqətli olmağa məcbur edir, onların məsuliyyətini artırır;

          şagirdlərdə   bilik,   bacarıq     vərdişlərin güclənməsinə   şərait   yaradır,   idrak   prosesini fəallaşdırır;

          şagirdlərin müstəqilliyini və yaradıcı fəaliyyətini artırır;

          şagirdlərin  bilik dairəsinin genişlənməsi ilə yanaşı, estetik zövqü də inkişaf edir;

          tədrisin səmərəliliyi artır, dərsin canlı keçməsi təmin olunur;

          şagirdlərin yaddaşları formalaşır;

          təlim materialının mənimsənilməsi əhəmiyyətli dərəcədə öz gücünü göstərir.

 

Azərbaycan.- 2006.- 15 iyun.- S. 6.