Rumıniyanın Milli Kotroçeni Muzeyində Azərbaycan Rəssamının
Sərgisi Keçirilib
Azərbaycanın
Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, iyunun 20-də Buxarestdə, Prezldent Sarayındakı Milli
Kotroçeni muzeyində Azərbaycanın əməkdar
rəssamı Əşrəf Heybatovun "Azərbaycan
boyaları" adlı sərgisi təşkil olunmuşdur.
Tədbirdə
Rumıniya Prezidenti Administrasiyasının,
Mədəniyyət və Dini İşlər, Xarici İşlər
və digər nazirliklərin nümayəndələri,
deputatlar, Buxarest Universitetinin professorları, Rumıniya-Azərbaycan
Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət
və Sənaye Palatasının, Rumıniya-Türkiyə
Ticarət və Sənaye Palatasının və "Paul
Polidor" Fondunun rəhbərləri, diplomatik korpusun,
türksoylu icmaların təmsilçiləri və
soydaşlarımız iştirak etmişlər. Tədbiri
muzeyin baş dlrektoru xanım Karmen Florian
açmışdır.
Azərbaycanın Rummiyadakı
səfiri Eldar Həsənov əməkdar rəssam
Əşrəf Heybətovun yaradıcılığı
barədə məlumat vermiş, son zamanlar Azərbaycan
ilə Rumıniya arasında elm, mədəniyyət və incəsənət
sahəsində əlaqələrin uğurla inkişaf etdiyini
bildirmişdir. O, sərgidə nümayiş etdirilən
rəsm əsərlərində türkçülük
ideyalarının tərənnümü, doğma yurda sevgi,
vətən həsrəti və qələbə ruhuna
köklənmiş cizgilərin əksini
tapdığını söyləmişdir.
Tədbirdə Mədəniyyət
və Dini İşlər Nazirliyinin dövlət katibi Virgil
Nitsulesku ölkələrimiz arasında mədəni
əlaqələrin səviyyəsindən məmnunluğunu
bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin iyunun
4-5-də Buxarestə işgüzar səfəri zamanı
Bakıda Corce Eneskunun büstünün qoyulacağı
barədə verdiyi məlumatın Rumıniya dövləti
və ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirildiyini xüsusi vurğulamışdır.
Sonra rəssam Əşrəf Heybətov
çıxış edərək, sərginin təşkilatçılarına
minnətdarlığını bildirmiş, Buxarestdə
və ümumiyyətlə Avropada Qarabağ ilə
bağlı silsilədən rəsm və qrafika
əsərlərinin ilk dəfə nümayiş olunduğunu
diqqətə çatdırmışdır.
Sərgidə rəssamın 51
əsəri nümayiş olunmuşdur.
İki sahil.- 2006.- 23 iyun.
-S. 6.