Heydər Əliyev Fondu ilə tanışlıq

 

AzərTAc xəbər verir ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçıları sentyabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.
Fondun icraçı direktoru Anar Ələkbərov qonaqları səmimiyyətlə salamladı, mehribanlıqla qarşıladı.
Fondun ekspozisiyaları ilə
tanış olan qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təblið etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdılar.
Görkəmli dövlət xadiminin islam ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşləri, bu ölkələrə səfərləri, xüsusilə müqəddəs Məkkəni ziyarəti zamanı çəkilmiş şəkillər qonaqlarda böyük təəssürat doðurdu.
Onlar fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə beynəlxalq aləmdə yüksək hörmət nüfuza malik olmasını da yüksək dəyərləndirdilər.
Qonaqlar fonddan zəngin təəssüratla ayrıldılar.
Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev qonaqları müşayiət edirdi.

 

Azərbaycan.- 2006.- 13 sentyabr.- S. 4