"Min bir mahnı"nın növbəti nəşri

 

Rafiq Babayevin müəllifliyi ilə "Min bir mahnı" kitabının IV nəşri işıq üzü görüb. Bu barədə Kitab Klubundan məlumat verilib. Kitabda müxtəlif mənbələrdən toplanmış geniş yayılmış retro və müasir Azərbaycan mahnıları, Azərbaycanda yaşayan xalqların mahnıları, tez-tez ifa olunan türk mahnılarının bir qismi barədə məlumat verilib. 624 səhifədən ibarət olan kitabda bir çox musiqilərdə yol verilmiş səhvlərdən də söz açılıb.

Qeyd edək ki, kitabın ilk cildi 2001-ci ildə nəşr olunub.

Ayna.- 2007.- 10 avqust.- S. 8.