"Alim Qasımov fenomeni" adlı kitab disk hazırlanıb

 

Bunu alimsevərlər sənətkarın 50 illik yubileyinə hədiyyə ediblər

 

Xalq artisti Alim Qasımovun 50 illik yubileyi münasibətilə "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb. Bu barədə APA-ya kitabın müəllifi Natəvan Faiq məlumat verib. O bildirib ki, Azərbaycan, rus və ingilis dillərində çap olunan kitabla birlikdə Alim Qasımovun yaradtcılığından bəhs edən yarım saatlıq DVD diski də hazırlanıb: "Onun bir sıra ölkələrdə verdiyi konsertlərdən istifadə etmişik. Orada elə kadrlar var ki, onlan bu günə kimi heç kim görməyib. Alim Qasımovun İsveçrə kilsəsində ifa etdiyi "San gəlin" mahnısı da kadrlarda yer alıb. Kitabın çox böyük uğur qazanacağına inanıram. N.Faiq bildirib ki, kitabın beynəlxalq arenaya çıxarılması da nəzərdə tutulub. Hazırda bununla bağlı diaspora ilə danışıqlar gedir. Kitabın rəyçisi bəstəkar Firəngiz Əlizadə, məsləhətçisi Fərhad Bədəlbəylidir. 1000 tirajla nəşr olunan kitabın təqdimat mərasrminin sentyabrda keçirilməsi nəzərdə tutulub.

 

Vətəndaş həmrəyliyi.- 2007.- 5-7 avqust.- S. 16.