Həzrə türbələri kompleksi bərpa olunur

 

Qəbələ rayonunda 93 tarixi mədəniyyət abidəsi mövcuddur bütün abidələr mühafizə olunur. Bir müddət əvvəl isə Çuxur Qəbələ adlanan ərazidə Qəbələ Dövlət Tarixi Bədii Qoruğu yaradılıb. Bu qoruqda qədim Alban dövlətinin paytaxtı olmuş Qəbələ şəhərinin xarabalıqları, qala bürcləri mühafizə olunur. Mədəniyyət abidələrinin təmiri diqqət mərkəzindədir. Rayon mədəniyyət turizm şöbəsinin müraciətinə əsasən, XV-XVI əsrlərin tarixi abidəsi olan "Həzrə türbələri" kompleksində hazırda bərpa işləri aparılır. Mədəniyyət Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası tərəfindən görülən işlər gələn ay başa çatdırılacaq.

Qeyd edək ki, Qəbələnin Həzrə kəndində yerləşən bu kompleksə Şeyx Bədzəddin türbəsi (1446- il), Şeyx Mahsur türbəsi (XVI əsr), Şeyx Məhəmməd türbəsi (XV əsr) daxildir. Qəbələ şəhərindəki "Səkkizguşəli məscid"in (XV-XVI əsrlər) əsaslı təmiri üçün Mədəniyyət Turizm Nazirliyinə müraciət olunub.

 

Kaspi.-2007.-9 avqust.-S.17.