Fərid Xayrulinin “Bakı dünən, bu gün...” möv­zusunda foto-sərgisi

Dünən Muzey Mərkəzinin Sərgi Qalereyasında Fərid Xayrulinin 40 illik yaradıcılıq fəaliyyətini əks etdirənBakı dünən, bu gün...” mövzusunda fotosərgi açılıb. APA-nın xəbərinə görə, açılış mərasimində millət vəkili Gülhüseyn Əhmədov çıxış edərək, tanınmış fotoqrafın beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti incəsənətini həmişə layiqincə təmsil etdiyini bildirib. F. Xayrulin çıxışında sərgidəki fotolarda Bakının dünəni bu günü ilə bağlı görüntülərin təsvir olunduğunu deyib. Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev qırmızı lenti kəsərək, hamını Bakı həyatını əks etdirən fotolara baxmağa dəvət edib

Yeni Azərbaycan.- 2007.- 8 dekabr.- S. 12.