Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Pre­zi­dentinin Sərəncamı


2008-ci ilin fevral ayında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 90 ili tamam olur. Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Klassik müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı təbliğində müstəsna xidmətləri olmuş Qara Qarayevin 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2007-ci il

 

Xalq qəzeti.- 2007.- 20 dekabr.- S. 2.