Nəzakət

 

"Aydın Doğan" beynəlxalq karikatura müsabiqəsində

Äzərbaycanı 15 rəssam təmsil etmişdir

 

Azərbaycan karikaturaçı rəssamları Türkiyədə keçirilən "Aydın Doğan" beynəlxalq karikatura müsabiqəsində iştirak etmişlər.

Müsabiqədə Azərbaycanı karikaturaçı rəssamlar birliyinin 15 üzvü təmsil etmişdir. 80 ölkəni təmsil edən 1700 rəssamın iştirak etdiyi müsabiqədə, Azərbaycan karikaturaçı rəssamları xüsusi yer almışlar. Qeyd edim ki, müsabiqədə uğur qazanan karikaturaçı rəssamlar növbəti dəfə keçiriləcək müsabiqədə iştirak etmək üçün Azərbaycana dəvət olunacaqlar. Yeri gəlmişkən, onu da vurğulayım ki, Azərbaycan Karikaturaçılar Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin müəllifliyi ilə hazırlanan "Müasir Azərbaycan karikaturaçıları" adlı kitabın bu günlərdə təqdimat mərasimi keçiriləcək.

 

Səs.- 2007.- 7 fevral.- S. 12.