Zəhra

 

"Mobiloqrafiya" foto müsabiqəsinin qalibləri mükafatlandırılıb


Müasir İncəsənət Mərkəzində "Mobiloqrafiya" Foto Həvəskarlarının I İnternet Müsabiqəsinin nəticələrilə bağlı sərgi və iştirakçıların mükafatlandırılması mərasimi keçirilib.
"Azərfoto" agentliyi tərəfindən təşkil olunan müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda istedadlı foto həvəskarlarını aşkara çıxarmaq olub. Müsabiqəyə 2006- il dekabrın 1- start verilib. 25 yanvar 2007-ci ildə başa çatan müsabiqəyə 47 internet istifadəçisi 400-dən artıq təqdim edib. Jüridə Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Rafiq Qənbərov, Fotoqraflar Birliyinin nümayəndəsi Əsmər Nərimanbəyova, Rəssamlar İttifaqının üzvü Fərid Məmmədov digərləri təmsil olunublar. Onların ümumi rəyinə əsasən, Elşən Vəlicanov "Gün keçdi" fotosu ilə birinci yerə layiq görülüb. Müsabiqədə II yeri Tərlan Novruzov "Cakuzi", Elşən Şikarlı "Qürubu gözləyənlər", III yeri isə İlkin Kəngərli "Ayrılmaz dostlar" fotosu ilə tutub. Fərid Babazadə "Bizi birləşdirən səma" fotosuna görə həvəsləndirici mükafata sahib çıxıb.

 

525-ci qəzet.-2007.-1 fevral.-S.7.