Sankt Peterburqda Azərbaycan mədəniyyətilə bağlı tədbir təşkil olunub

 

Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğumuzun təşkilatçılığı ilə vilayət administrasiyasının nəzdində olan "Rektor klubu"unda Azərbaycan ədəbiyyatına və incəsənətinə həsr edilən tədbir keçirilib. 200 nəfərin qatıldığı tədbirdə Sankt-Peterburqda yerləşən universitetlərin rektorları, yazıçılar, bəstəkarlar, rəssamlar ittifaqlarının nümayəndələri, tanınmış politoloqlar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov başqaları çıxış ediblər. Bədii-musiqili hissədə Sankt-Peterburqda yaşayan azərbaycanlı sənətçi Sədi Sədiyevin ifalarına yer verilib. Nizami Gəncəvi Məhəmməd Füzulinin həm Azərbaycan dilində, həm mərhum şair V.Qafarovun tərcüməsində rusca şeirləri səsləndirilib. Gecədə böyük müğənni Rəşid Behbudovun repertuarından götürülən mahnılar da səsləndirilib. Konsertin sonunda Sevil Əliyevanın akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ana" mahnısı ifa olunub.
   

525.ci qəzet.- 2007.- 13 fevral.- S.7.