"Azərbaycan Bəstəkarlarının Antologiyası" adlı disk bııraxılıb

 

"Azersun Holding" şirkətlər qrupunun sponsorluğu ilə "Azərbaycan Bəstəkarlarının Antologiyası" adlı disk işıq üzü görüb. Ülviyyə Hacıbəyovanın təşəbbüsü ilə toplanmış antologiyaya 60 bəstəkarın əsərləri daxil edilib. "Azersun Holdlng"dən verilən məlumata görə, antologiya beş diskdən ibarətdir və 91 musiqi əsərinə yer verilib. Əsasən Azərbaycan kamera musiqisi janrda əsərlərə üstünlük verilən antologiyada Üzeyir Hacıbəyov, Qara Qarayev, Asəf Zeynallı, Müslüm Maqomayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu kimi tanınmış bəstəkarların əsərləri toplanıb. Antologiyada korifey bəstəkarlarla yanaşı, müasir gənc bəstəkarların da musiqi nömrələri və xalq mahnıları yer alıb. Musiqilər 12 ifaçı tərəfindən ifa olunub. 37 əsəri fortepianoda ifa edən Ülviyyə Hacıbəyova digər əsərləri instrumental ansamblla fortepianoda müşayiət edib.

 

 

Səs.- 2007.- 10 fevral.- S.16.