İbrahimova  S.

 

Murad Hüseynov Türkiyədə ustad dərslər keçib

 

Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Murad Hüseynov Türkiyədən səfərdən qayıdıb. Musiqiçi bildirib ki, səfər zamanı Türkiyənin Ədirnə şəhərində bir həftəlik master-klasslar konsertlər təşkil edib. Səfərin Türkiyə tərəfindən təşkil olunduğunu deyən pianoçu layihənin silsilə xarakter daşıyacağını vurğulayıb. Belə ki, o, 10 gündən sonra Türkiyənin daha bir neçə şəhərində master-klasslar təşkil edəcək: "Repertuarımda bir sıra yeniliklər etmək niyyətindəyəm. Növbəti səfərlərimdə yeni musiqilər ifa edəcəyəm". Pianoçu yaxınlarda Şərqi Qərbi Avropa ölkələrinə səfərlər

edəcəyini də söyləyib.

 

Kaspi.-2007.-6 fevral.-S.17.