Ağdam Teatrı qayıdır

 

Teatrın baş rejissoru Elxan Mikayılov APA-ya bildirib ki, teatrın kollektivi yaxın gələcəkdə tamaşanı rayonun kənd mədəniyyət evlərində oynamaq fikrindədir. Onun sözlərinə görə, truppa uzun illər Bərdədə yerləşib və Bərdə Mərkəzi Mədəniyyəi Sarayında fəaliyyət göstərib. Son illər Ağdam ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrin istifadəyə verilməsindən sonra tamaşaçı auditoriyasının genişləndiyini deyən baş rejissor bildirib ki, bundan sonra teatr Ağdam ərazisində fəaliyyət göstərəcək və repertuarı ötən illərlə müqayisədə daha zəngin olacaq.

 

Ekspress.- 2007.- 8 fevral.- S. 12.