İstanbul Böyük Bələdiyyə Teatr;da yazıçı Elçinin "Ulduzlar altında cinayət" tamaşasının premyerası olub

 

Türkiyənin İstanbul Böyük Bələdiyyə Teatrında yazıçı Elçinin "Ulduzlar altında cinayət" tamaşasının premyerası olub. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S. Aran bildirib ki, tamaşanın nümayişi anşlaqla keçib tamaşanı izləmək üçün Türkiyənin tanınmış ictimai xadimləri, sabiq millət vəkilləri iştirak edib. Baş konsulun sözlərinə görə, bu, Elçinin Türkiyədə səhnələşdirilən dördüncü əsəridir. Premyerada yazıçı Elçinin özü iştirak edib.

 

Vətəndaş həmrəyliyi.- 2007.- 14-18 fevral.- S.14.