Azərbaycan Milli Kitabxanası ilə Latviya kitabxanaları arasında

əməkdaşlıq sazişləri imzalanmışdır

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Latviyanın Yurmala şəhərində "Avropa kitabxanasının təşəbbüsləri" beynəlxalq seminarında iştirak etmişdir.

Səfər çərçivəsində Riqada M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası Latviya Akademik Kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov mərasimdə çıxış edərək imzalanan sənədlərin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına təkan verəcəyini vurğulamışdır.

Səfir "Azerbaijan in the new millennium", "Garabakh" kitablarını Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş "Qarabağ barədə həqiqətlər" silsiləsindən olan kitabçalar toplusunu Latviyanın hər iki kitabxanasına hədiyyə etmişdir.

 

Azərbaycan.- 2007.- 7 fevral.- S. 8.