Azərbaycanlı cazmen Şahin Növrəsli beynəlxalq festivalda II yerə layiq görülmüşdür

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirmişdir ki, İsveçrənin Montrö şəhərində keçirilən 41-ci beynəlxalq caz festivalında azərbaycanlı cazmen Şahin Növrəsli II yeri tutmuşdur.

Dünyanın 40-dan çox ölkəsinin iştirak etdiyi festivalda Ş.Növrəsli əvvəlcə yarımfinal mərhələsində 26 ölkənin cazmenləri sırasına çıxmış, sonra isə fmalda mübarizə aparan 4 nəfərdən biri olmuşdur. O, Avstriya, Fransa Kuba cazmenləri arasında möhtəşəm uğur qazanmışdır.

Montrö şəhərində olan Azərbaycanın Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev bu uğur münasibətilə Şahin Növrəslini təbrik etmişdir.

 

Xalq qəzeti.- 2007.- 19 iyul.- S. 6.