Musiqiçilərimiz "Peçeneq

çölü" etnofestivanda

iştirak ediblər

 

Azərbaycan musiqiçiləri Ukraynanın Xarkov vilayətindəki Peçeneq qəsəbəsində keçirilən "Peçeneq çölü" etnofestivalında iştirak ediblər.

Etnik mədəniyyətlərin təqdim edildiyi bu tədbir artıq ənənə halını alıb. Bu ilki festivalda Azərbaycan, Gürcüstan, Özbəkistan və Tatarıstandan gəlmiş mahnı və rəqs kollektivləri, eləcə də yəhudi və qaraçı musiqi qrupları təmsil olunublar. Festivalın əsas hadisəsi "Qədim peçeneq qəsəbə'si"nin qurulması olub. Burada "Yar" döyüş xoreoqrafiya teatrının təqdimatı keçirilib.

 

Səs.- 2007.- 24 iyul.- S. 16.