Məmmədov S.

 

Qalereyanın səyyar sərgisi

 

Cəlilabad rayon Dövlət Şəkil və Rəsm Qalereyası bu il də ənənəsinə sadiq qalaraq görkəmli rəssamların və eyni zamanda həvəskarların əl işlərinin səyyar sərgisini təşkil edib.

Rayonun Şiləvəngə, Əliabad, Sərhədabad kənd məktəblərində və digər ictimai yerlərdə açılan bu sərgilərdə ustad rəsm korifeyləri T.Nərimanbəyovun, M.Abdullayevin, S.Bəhlulzadənin nadir əl işləri tamaşaçılar tərəfindən maraqla izlənib.

Səyyar sərginin iştirakçıları həmçinin rayon uşaq incəsənət məktəbinin rəsm kursunun şagirdlərinin yaradıcılığı ilə də tamş olublar. Həvəskar rəssamlar Kamil Abbasovun "Qəddarlıq", Natiq Əliyevin "Sarsılmazlıq", Vüsal Allahverdiyevin "Faciə qurbanları" əsərləri və

başqalarının yaradıcılıq işləri xüsusi maraqla qarşılanıb.

Sərginin iştirakçıları olan rəssamların əsərləri əsasən Dağlıq

Qarabağ və onun ətrafında baş verən hadisələrə həsr edilmişdi.

 

Yaddaş.- 2007.- 1 mart.- S. 13.