Nizamiqızı H.

 

İncilər içində inci

 

Dahi holland rəssamı Van Qoq məşhur sənət sahibinə yüksək qiymət vermək istədikdə, onu qadınla müqayisə etmişdir: O, əsil qadın kimi yaşamış, yaratmış, qadın kimi sevib-sevilmiş, iztirablar çəkmişdir!.. İncəsənət tarixinə təzadlı insan və sənətkar kimi düşmüş dahi rəssamın bu fikirlərini əsas götürərək deyə bilərik ki, əsl sənəti məhz şəxsiyyət yarada bilər. Bütün bəşəri duyğuları, yaşantıları qadınla bağlayıb, qadınla rəngləndirən sadə, lakin dərin məzmunlu fikrin təsirilə bu uca məxluqun yaranışına da, yaratdıqlarına da heyran qalırsan. Bu mənada tanınan qadına ərməğan etdiyi analıq missiyası insanlığın şah peşəsidir. Yaradanın ən kamil əsəri - insan, insanlığın zirvəsi - yaradan Ana... Bütün bu məziyyətlərin fonunda zərif, incə, kövrək, həm də böyük, güclü, əzmkar, mübariz bir varlıq dayanır - Qadın. Yaşantılarını, arzularını, hiss və həyəcanlarını yaradaraq yaşada bilən qadın. Bu mənada yaradıcı qadınlar daha şanslıdır, məncə. Çünki hisslərində azad olmaqla daxili dünyasını ilhamıyla qanadlandırıb, həyata vəsiqə qazandırır yaradıcı qadın. Sözlə ifadə edilə bilməyən mətləblərdən fırçanın, kətanın, boyanın, tuncun, mərmərin, tişənin... dirijorluğu ilə əsər yaradır. Yaradılan insanın yaratdığı əsəri. Qeyri-adi məxluq kimi xarakterizə olunan qadınların sırasına bütün yüksək keyfiyyətləri ilə seçilən, Qərbin mənən zəncirlənmiş hesab etdiyi Şərq, Azərbaycan qadını ana, qız, bacı, həyat yoldaşı kimi müqəddəs missiyanın daşıyıcısı olmaqla bərabər, həm də xalqı, milləti üçün böyük işlər görmüş insandır. Şairdir, musiqiçidir, rəssamdır, heykəltəraşdır... Böyük təəssübkeşliklə vətənini, millətini sevdiyini göstərən qadınlarımız arasında incəsənətin rəssamlıq qolunda ad qazanmış xanımlarımızın sayı kifayət qədərdir. Bu gün dünyanın məşhur sərgi salonlarında, kolleksiyalarda nümayiş olunan rəsmlərdə, bir insan taleyinin salnaməsini yaşadan əsərlərdə Azərbaycan qadınının zərif əlləri, böyük sevgisi varsa, deməli, söz deməyə dəyər. ...İnsanları sevmək lazımdır, əks halda rəsmlər quru və soyuq alınır ideyası ilə yaşayıb-yaratmaq rəssamın əsl amalına çevrilə bilirsə, o, əsl sənətkardır! Rəssam üçün yəqin ki, bundan böyük xoşbəxtlik ola bilməz. Anlamaq, anlada bilmək və anlaşılmaq. Həyatı bütün gözəllikləri, çirkinlikləri ilə öz rəngində yaradan Əməkdar incəsənət xadimi, Beynəlxalq Rəssamlar Federasiyasınm üzvü rəssam Sara xanım Manafovanın bütün əsərlərində bu amil ana xətt təşkil edir. Çəkdiyi hər bir rəsmi ilk öncə varlığa çevirərək sevən, sevilən, ona xoşbəxtlik və bədbəxtlik bəxş edən, hətta öldürə bilən Sara xanımın rəsmlərindəki kövrək, təvazökar, güclü qadın xarakterləri daim mübarizə aparmaqdadır. Həm özü, daxili aləmi, hissləri, həm də onu rəssamlar çəkdiyi rəsmlərin qəlizliyi ilə fəxr edirlər. Zənnimcə, bu, doğru fikir deyil. Mənimçün ən önəmlisi tamaşaçının əllərimlə təmas qura bilməsi, fikrimi aydın qavraya bilməsidir,- deyən rəssam bütün əsərlərində bu ideyanı əsas götürüb. Çünki mövcud nə varsa insanlar üçündür, onların mənəvi dünyasının zənginləşməsi, formalaşması üçündür. Bu gözəl dünyada isə sevə-sevə yaşamağa, yaratmağa və yaşatmağa dəyər. Heç zaman yaradıcılıq əzmin, sevgin, zərifliyin itməsin - böyük dünyanın böyük Azərbaycanın böyük qadını! Yaşa, yarat və yaşat. Sən buna layiqsən! əhatə edən bütün pisliklərin, gözəlliklərin istehkamı olan həyatla. Fərd kimi bunu anlamaq çətin olsa da, rəssam kimi, ən əsası qadın kimi bu mübarizlik başadüşüləndir. Çünki o bir qadın, bir rəssam olaraq həyatın, sevməyin nə demək olduğunu bilir və bildiyini olduğu kimi yaratmağa çalışır. Yaşantılarını rənglərə çevirməklə çəkən rəssam həmişə əbədi mövzulara müraciət edir və dövrüylə səsləşən əsərlər yaradır. Hisslərinə, böyük sevgisinə boyanı, fırçanı, kətanı şahid edən rəssam bütün həqiqətləri çılpaqlığı ilə bu hisslərin böyüklüyünə şübhə edənlərin inkarçılığına çırpır. Bu məfhumların harmoniyasından yaranan təbii, gözəl, içdən gələn əsərlər yaradan Sara xanımın rəsmləri dünyanın ən böyük, məşhur sərgi salonlarını bəzəyib, bəzəyir, bəzəyəcək. Çünki ruhunda böyük sevgi, eşq yaşadan bu xanım, sevgisini əbədiləşdirməkdən heç zaman bezməyəcəyi qənaətindədir. Axı o bizim çətin anladığımız, bəlkə də anlamaq istəmədiyimiz gözəllikləri yaradır!

 

Mədəniyyət.- 2007.- 8 mart.- S. 3.