Şeyx özü haqqında film çəkdirib

 

Anamın duaları adlı bədii-sənədli filmi Lider TV çəkib

 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyat və yaradıcılığını əks etdirən bədii-sənədli filmin çəkilişləri başa çatıb. Bu barədə APA-ya filmin ssenari müəllifi və rejissoru Ələkbər Muradov məlumat verib.

Anamın duala adlı filmin çəkilişləri Masallı rayonunun kəndlərində, eləcə də şeyxülislamın təhsil aldığı Daşkənd, Səmərqənd, Buxara şəhərlərində aparılıb. Filmdə A.Paşazadənin uşaq obrazını IV sinif şagirdi İbrahim Quliyev, gənclik illərini isə özbək aktyor Musabek Saleyev oynayıb. Filmdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri ilə yanaşı, Buxaranın dini müşaviri, Özbəkistanın baş müftisinin çıxışları da yer alıb. "Lider" televiziyasının "Azərbaycan" redaksiyasında istehsal olunan 1 saat 50 dəqiqəlik filmdə 74 minə yaxın kadrdan istifadə edilib.

 

Gündəlik Azərbaycan.- 2007.- 8 mart.- S. 4.