Heydər Əliyev Fondunun yeni layihəsi Hərəmiz bir ağac əkək!

 

Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində daha bir yeni layihəsini reallaşdırmağa başlamışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış Hərəmiz bir ağac əkək! layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

Şamaxı rayonu


Şamaxı şəhərinin giriş qapısı sayılan S.Ə.Şirvani küçəsində iməcilik keçirilmiş, küçə boyu 500-dən çox ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır.
İməciliyə çıxanlar ağacların qurumuş budaqlarını kəsmiş, park xiyabanlarda yenidənqurma işlərini davam etdirmişlər. Novruz bayramı günlərindən başlanan kampaniya çərçivəsində rayon üzrə 3 mindən çox ağac müxtəlif gül kolları əkilmişdir. Rayonun təhsil, səhiyyə işçiləri, ali, orta-ixtisas ümumtəhsil məktəblərinin, peşə liseyinin tələbə şagirdləri Heydər Əliyev Fondunun təşəbbüsünə xüsusi həvəslə qoşulmuşlar. Verilən məlumata görə, rayon ərazisindən keçən magistral yolun hər iki tərəfində yeni ağaclar əkiləcək mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriləcəkdir.

Hacıqabul rayonu


Rayonun küçə, meydan, park və xiyabanlarında son bir neçə gündə 10 minə yaxın bəzək ağacı və gül kolu əkilmişdir.
Regional tinglik təsərrüfatı 30 hektar səhədə müxtəlif növ bəzək ağacı gül kolu tingləri yetişdirmişdir. Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə fəal qoşulan bölgələrə indiyədək 250 min ağac gül kolu göndərilmişdir.
Əli Bayramlı
Şəhər sakinləri, idarə, müəssisə təşkilatların kollektivləri Heydər Əliyev prospektində Asudə Vaxt Mərkəzinin həy
ətində qısa müddətdə 3 min ağac, 2 minədək gül kolu əkmişlər. Mərkəzi xəstəxana, təhsil şöbəsinin şəhər bələdiyyəsinin işçiləri istirahət günlərində keçirilən iməciliklərdə xüsusilə fərqlənirlər. İcra hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun nəcib çağırışına cavab olaraq 20 min ağac, 6 min gül kolu əkilməsi, 2 hektar sahədə yaşıllıq zolağı yaradılması nəzərdə tutulur.

Nizami rayonu


Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində fəaliyyət göstərən Neftçi Gənclər Şurasının üzvləri paytaxtın Nizami rayonu ərazisində yaşıllaşdırma işləri aparmış, son günlər ərzində ayrı-ayrı küçələrdə 3 mindən çox ağac əkmişlər.
Ötən həftə Nizami Rayon İcra Hakimiyyəti, ARDNŞ-in Təhlükəsizlik İdarəsi Neftçinövbəti ağacəkmə kampaniyası keçirərək, rayonun R. Rüstəmov küçəsində 1200-dən çox ağac əkmiş, abadlıq işləri aparmışlar. Tədbirdə iştirak edən 500-dən çox vətəndaş ekologiyanın yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.
Bildirilmişdir ki, son 1 ay ərzində rayonun müxtəlif yerlərində 7 mindən çox ağac əkilmişdir. Yaşıllaşdırma işlərinin mövsümün sonunadək davam etdirilməsi nəzərdə tutulur.

İmişli rayonu


Rayon icra hakimiyyətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə qoşulan minlərlə rayon sakini bayram günlərində iməciliklərə çıxmışdır.
İmişli şəhəri kəndlərdə 11 minə yaxın müxtəlif bəzək ağacı gül kolu əkilmiş, 3 hektar sahədə yaşıllıq zolağı salınmış, ağacların dibi bellənmiş gövdəsi ağardılmışdır.
Ümumiyyətlə, yaz mövsümündə rayonda 40 min
ağac gül kolu əkilməsi nəzərdə tutulur.

Göyçay rayonu


Göyçay rayonunda keçirilən yaşıllaşdırma tədbirində idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər xüsusilə fəal iştirak etmişlər.
Rayon yaşıllıq abadlaşdırma idarəsinin yaxından dəstəyi ilə bir həftə ərzində Heydər Əliyev, Əli Kərim, M.Ə.Sabir parklarında, Heydər Əliyev prospekti, Natəvan, Nizami, Füzuli, M.Ə.Rəsulzadə küçələrinin kənarlarında, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində kəndlərdə 6 mindən çox şam, küknar, çinar, sərv palıd tingləri əkilmişdir.
Rayonda ağacəkmə kampaniyası davam etdirilir bu günlərdə daha 5 min ağacın əkilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun Hərəmiz bir ağac əkək! təşəbbüsü rayonda gündən-günə daha geniş vüsət alır.

Nərimanov rayonu


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış Hərəmiz bir ağac əkək! layihəsi çərçivəsində martın 28-də Nərimanov rayonunda ümumrayon iməciliyi keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirakı ilə Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindəki parkda 200-dən çox həmişəyaşıl ağacı əkilmişdir.
Bildirilmişdir ki, ümumilikdə bir gündə 2000-dən çox ağac əkiləcəkdir. Aprelin sonunadək belə tədbirlər davam etdiriləcəkdir. Bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıl diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür lazımınca dəyərləndirirlər.
Bütövlükdə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər idman idarəsi, eləcə istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə qoşulmuşlar.

Sabirabad rayonu


Heydər Əliyev Fondunun Hərəmiz bir ağac əkək! çağırışı Sabirabadda da geniş əks-səda yaradıb.
Rayonda Novruz bayramı günlərində sakinlərin birgə səyi ilə 3 minədək ağac, 1000-dən artıq gül kolları əkilib. Bu, işin başlanğıcıdır. Ayrıca yaşıllaşdırma proqramının həyata keçirilməsi planlaşdırılır.
Hazırda tamamilə yenidən qurulan Heydər Əliyev adına mədəniyyət istirahət parkında, Heydər Əliyev prospektində, Heydər Əliyev abidə kompleksində, Mirzə Ələkbər Sabir abidə kompleksində, habelə şəhərin bir sıra digər küçə xiyabanlarında, kəndlərdə 20 min bəzək meyvə ağacları, gül kolları basdırılması nəzərdə tutulur. İlk iməciliklərdə 25-dən artıq idarə, müəssisə təşkilatın kollektivləri, yüzlərlə sakin iştirak edib. Sonrakı mərhələdə yaşıllaşdırma təşəbbüsünə dəstək verənlərin sıralarının xeyli genişlənəcəyi gözlənilir.


Xətai rayonu


Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan Hərəmiz bir ağac əkək! aksiyasına martın 28-də Xətai rayonunun fəalları da qoşulmuşlar.
Həmin gün Aşıq Ələsgər küçəsinin, Zığ yolunun, Nobel Gəncə prospektlərinin ətrafında 7 mindən çox palıd, şam ağacları, müxtəlif dekorativ bitki kollar əkilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər idman idarəsi, eləcə istehsalat müəssisələrinin kollektivləri iməcilikdə böyük həvəslə çalışmışlar.
Aksiya rayon ərazisində ayın axırınadək davam etdiriləcəkdir

 

Xalq qəzeti.- 2007.- 29 mart.- S. 4.